5 milyon Elman Rüstəmova çatıb - banklar günahsız vətəndaşın əmlakını girov əvəzi alır
Ən başlıcası, 5 milyon manatlıq kredit saxta sənədlər əsasında verilib. Krediti almış Azad Nağıyev sənədləri saxtalaşdırma, dələduzluq ittihamları ilə həbsdədir. Etiraf edir ki, özünə aid olmayan əmlakın sənədlərini saxtalaşdırıb və əmlakı banklara girov qoymaqla kredit alıb.
Bankların qanunun tələb etdiyi qaydada yoxlama aparmadan, ümumiyyətlə, heç bir yoxlama aparmadan kredit vermələrinə də məhkəmələrdə hüquqi qiymət verilmir.
Məsələnin ən biabırçı tərəfi budur ki, Elman Rüstəmovun göstərişi ilə, Azad Nağıyevin dələduzluğu, sənəd saxtalaşdırmasıyla bankların qanunsuz olaraq verdiyi kredit bu gün Azərbaycan vətəndaşı Nizami Ağazar oğlu Kərimovdan tələb edilir, onun əmlakına yönəltməklə geri tələb edirlər.
Mərkəzi Bank da qanunsuz kredit vermiş bankların himayəçisi, məhkəmələrə təzyiq göstərən dövlət qurumu rolunda çıxış edir!
Nizami Kərimovun başına gələnlər sadəcə bir hüquqi dava deyil, bu, real mülkiyyətin özgənin öhdəliyi müqabilində qəsbidir.
Çox təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan məhkəmələri vətəndaşın mülkiyyət hüququna son dərəcə etinasızlıqla yanaşır, hüququn məhvini şərtləndirən qərarlar verməkdən çəkinmirlər.
Bu gün, mayın 27-də Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılan işin mahiyyəti budur ki, vətəndaş Nizami Kərimov 2010-cu ildə “Aqana Servis” MMC-dən 864 kv.m qeyri-yaşayış sahəsini rəsmən satın alıb. Alqı-satqıya dair arayışlar, müqavilələr, ödəniş sübutları hamısı var.
Lakin həmin MMC-nin direktoru Valeh Əliyev sonradan eyni sahəni “yenidən satın alaraq” öz adına keçirib və ipoteka ilə banka yükləyib. Daha sonra bu dələduzluğa görə cinayət işi başlanıb, Valeh Əliyev - Azad Nağıyev təqsirli bilinib. Məhkəmə qərarı ilə sahənin həqiqi sahibinin Nizami Kərimov olduğunu tanıyıb.
Normalda məsələ burada bitməli, Azərbaycan Mərkəzi Bankı cinayət yolu ilə vətəndaşın mülkünün qəsbində maraqlı olanların tərəfindən vətəndaşın yanına keçməli idi. Çünki bu çəkişmənin əsl səbəbkarı Azad Nağıyev özü də yazılı şəkildə Nizami Kərimova məxsus əmlakı saxtakarlıqla mənimsədiyini etiraf edib. Qeyd edib ki, krediti Elman Rüstəmovun tapşırığı ilə alıb və nağd şəkildə Elman Rüstəmova ötürüb.
Kreditin geri qaytarılması gündəmə gələndə isə saxtalaşdırılmış sənədlərə istinad olunur, hansıları ki, Azad Nağıyev saxtalaşdırıb.
Azad Nağıyev açıq şəkildə yazır ki, Nizami Kərimovun obyektini ondan xəbərsiz, sənədlərini saxtalaşdırmaqla kreditin təminatı olaraq banklara təqdim edib. Banklar isə Elman Rüstəmovun tapşırığı olduğundan qanunun tələb etdiyi qaydada heç bir yoxlama aparmadan yoldan keçən Azad Nağıyevə 5 milyon manatı kredit şəklində ötürüblər. Yəni tam qanunsuz kredit veriblər!
Bu gün isə Elman Rüstəmov başda olmaqla Mərkəzi Bank, “Premium Bank” məhkəmələrə ciddi təzyiq göstərməklə, Azad Nağıyevin saxtalaşdırdığı sənədlərdə kredit təminatı kimi göstərilən Nizami Kərimovun əmlakını Elman Rüstəmova ötürülən 5 milyon əvəzi banklara verilməsinə çalışırlar.
Halbuki, banklar ipotekanı götürərkən nə əmlakın real sahibini yoxlayıb, nə obyektə baxış keçirib, faktiki heç bir gəliri olmayan adama 5 milyon manat kredit ayırıblar. Mərkəzi Bank bu məsuliyyətsizliyi cəzalandırmaq əvəzinə hüququ, qanunu gözardı edib Nizami Kərmovun əmlakına göz dikmələrinə “yaşıl işıq” yandırıb.
İş Bakı Apellyasiya Məhkəməsinə çatana qədər məhkəmələr qanunu, ədaləti bir kənara qoyub, Azərbaycan Mərkəzi Bankının xəttini müdafiə ediblər. Mövqeləri də belə olub ki, ipoteka var, bank borcu var, Valeh Əliyevin (Azad Nağıyev sənədləri bu şəxsin adına saxtalaşdırıb – red.) adına obyektə dair sənəd olub, vəssalam, “biz reyestrə inanırıq”.
Amma həmin reyestr cinayət nəticəsində yaranmış hüquqa əsaslandığını tam qanunsuz olaraq
Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 271.1-ci maddəsi açıq yazır:
“Əşyanı girov qoyan yalnız onun mülkiyyətçisi ola bilər”.
Əgər Valeh Əliyev o əmlaka saxta yolla çıxarış alıbsa və bu sübut olunubsa, bu sənəd məhkəmə ilə ləğv olunubsa, onun bankla bağladığı ipoteka necə qanuni ola bilər?
Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsi deyir:
“İddia mümkün sayılmır”.
Bu, hüquq deyil, vətəndaşa verilən bürokratik zülmdür. Əgər vətəndaşın əmlakı əsassız, cinayət yolu ilə ipoteka ilə yüklü edilibsə, məhkəmələr ədaləti bərpa edə bilmirsə, əksinə, əmlakın qəsbinə yol açan qərarlar verilirsə, o zaman Azərbaycan dövləti adından verilən mülkiyyət hüququna zəmanətin mənası nədir? Hüquqi dövlətdə vətəndaş mülkiyyətinə sahib çıxa bilmirsə, bu, hansı hüquq sistemidir?
Əgər cinayət sübuta yetirilib, dələduzluq faktı tanınıb, çıxarış ləğv edilibsə, ipotekanın varlığı hüquqi əsasını itirib. Bu həqiqəti dərk etmək üçün məhkəmə lazım deyil!
Yeri gəlmişkən, bir məqama da diqqət edək.
Bakı Apellyasiya Məhkəməsi Nizami Kərimovun əmlakının qiymətləndirilməsi ilə bağlı işdə olan rəylərdə göstərilən qiymətin real olmasına şübhə edib. Buna görə də alternativ qiymətləndirmənin keçirilməsinə qərar verib.
Qiymətləndiricilər əmlakın real bazar dəyərinin banklar tərəfindən qoyulan qiymətdən 2 dəfə baha olmasını müəyyən ediblər, əmlaka real bazar qiyməti qoyulub.
Azərbaycan Mərkəzi Bankı 19 iyul 2024-cü il tarixindən sonra 4 dekabr 2024-cü il tarixdə iş üzrə iddia tələbinə dəqiqləşmə verib. İddia ərizəsinin əvvəlki versiyalarından fərqli olaraq bu dəfə obyektə “tutmanın yönəldilməsi” ifadəsi yoxdur. Mərkəzi Bank sadəcə xahiş edib ki, obyektin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına “Premium Bank”ın iddia tələbi ödənildikdən sonra artıq vəsait qalarsa, həmin vəsaitin “Dekabank”ın Mərkəzi Bank qarşısında olan borcu üzrə sonrakı ipoteka saxlayan kimi Mərkəzi Banka ödənilməsinə dair qətnamə qəbul edilsin.
Sual yaranır, niyə?
Qətnamədən də görünür ki, “Premium Bank”dan fərqli olaraq Mərkəzi Bank obyektə tutmanın yönəldilməsi barədə bildiriş qeydə aldırmayıb. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ilk növbədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmasını nəzərdə tutur.Qanunun 36.4-cü maddəsinə görə, belə qeyd olmadan tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Buna görə də qətnamənin obyektin satışından əldə edilmiş vəsait hesabına “Premium Bank”a borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin “Dekabank”ın Mərkəzi Bank qarşısında olan 2 milyon 631 min manat məbləğində borcun ödənilməsinə yönəldilməsi hissəsi tamamilə qanunsuzdur.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.2.3-cü maddəsinə görə, ipoteka predmetinə tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə də yönəldilə bilər.
Qanunun 1.0.6-cı maddəsinə əsasən isə ipoteka hüququ ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Tutmanın yönəldilməsi bildirişin qeydə alınmasından sonra mümkündür.
Bu məqam da məhkəmələrin vətəndaşın mülkiyyət hüququna yanaşması kimi qəbul edilməlidir.
Nizami Kərimovun üzləşdiyi qanunsuzluqlar hüquqi dövlət prinsipinə birbaşa ziddir. Məhkəmələr Azərbaycan vətəndaşının mülkiyyət hüququnun qəsbinə mane ola bilmirsə belə, ələ keçirilməməsində də iştirak etməməlidirlər. Əks halda sabah belə qərarları verən hakimlərdən tutmuş hər bir Azərbaycan vətəndaşının əmlakı kağız üzərində alqı-satqı predmeti olacaq.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Kirayə mənzillər layihəsi problemi: Krediti kim götürür, niyə onu seçiblər, evlər sonradan nə üçün əmlak saytlarında yüksək qiymətə satışa çıxarılır? - ARAŞDIRMA
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55