Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Sizi tapmaq asandır" - Təhqir yazanlara səsləndi

"Sizi tapmaq asandır" - Təhqir yazanlara səsləndi

2026-07-28 , 15:20

Əməkdar artist Səbinə Babayeva sosial şəbəkələrdə yazılan mənfi rəylərdən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "Günə uğurla" verilişində bəzi istifadəçilərin tənqid adı altında təhqirə yol verdiyini bildirib. Müğənni deyib ki, bu cür rəylər valideynlərinə pis təsir edir:
"Pis rəyləri yazanı "qara siyahı"ya atıram. Cəmiyyətin bəzi üzvlərinə izah etməliyik ki, tənqid və təhqir fərqli şeylərdir. Bir də lənət var, bəzən buna keçirlər. Acınacaqlıdır, bunu bizim millətə yaraşdırmıram. Bu haradan gəlib? Lənət uşaqlara qədər gəlib çıxır. Onlar təhqir edib, sonra yoxa çıxa bilməzlər. Son illərdə belə bir qanun var ki, sosial şəbəkələrdə edilən təhqirlər cəzalandırılır.
Övladlarımıza, ailə üzvlərimizə yazanda rəhmsiz olmayın. Bizim qəlbimizi qırmayın. Həyatımızı sənət üçün yaşayırıq. Biz dözürük, fikir vermirik, amma səbrimiz də çatlaya bilər. Yazandan sonra sizin qapınızı döyəcəklər. Sizi tapmaq çox asandır.
Əgər bizi sevmirsinizsə, qəbul etmirsinizsə, yan keçin. Bizim ailələrimiz, yaşlılarımız var. Analarımız, atalarımız bunları çox pis keçirir".






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.