“Silahları ayaqqabıların arxasında gizlətmişdim” - Şagirdin atası haqda qərar verildi
“İdrak” liseyində müəlliminə odlu silahla xəsarət yetirməkdə ittiham olunan şagirdin atasına hökm oxunub.
Onun barəsində Cinayət Məcəlləsinin 230-cu (Odlu silahın diqqətsiz saxlanılması ilə yaranmış şərait nəticəsində həmin silahdan başqa şəxsin istifadə etməsi ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən Samir Şirinov ifadəsində bildirib ki, 2 ədəd silahı olub, onlardan birini 20 il əvvəl, digər silahı isə 13-14 il əvvəl (oğlunun istifadə etdiyi silahı) əldə edib: “Silahı yaşadığım evdə dəmir seyfdə saxlayırdım. 2016-cı ilə qədər Sumqayıt şəhərində yaşamışıq, silahlar da qeydiyyatda olub. 2016-cı ildən isə Bakı şəhərinə köçdüyüm üçün silahları da özümlə bərabər gətirmişəm. Bundan sonra il ərzində 2 dəfə 6 aydan bir polis əməkdaşları silahlarıma baxış keçirib. Silahları həmişə yataq otağının daxilində olan ayrıca qarderob otağında seyfdə saxlayıdrım. Qarderob otağının qapısı isə həmişə bağlı olub, hətta qapı xüsusi mexanizm vasitəsilə yığılıb. Qapı örtülü olarkən avtomatik bağlanırdı, açarı isə həyat yoldaşımın yataq otağında saxlayırdıq. Açarın bizdən başqası tərəfindən götürülməsi mümkün deyildi. Sadəcə həmin vaxt ailədə xeyir işə başımız qarışdığı üçün oğlum açıq olan qarderob otağına keçərək silahı götürüb”.
.jpg)
Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirib ki, o, səhhətində yaranmış problemlərə görə uzun müddətdir ki, ova gedə bilməyib, silahlar isə həmişə seyfdə olub. Oğlum ilk dəfə 2025-ci ilin sentyabrında polis əməkdaşları silaha baxış keçirərkən silahları görüb: “Həmin silahların ov silahı olduğunu bildirərək hətta sənədləri ilə də onu tanış etmişəm. Seyf köhnə olduğuna görə qapısı çətinliklə açılırdı. Ona görə də həmin ilin dekabr ayında yeni il qabağı həyat yoldaşım mənə dedi ki, seyf çox köhnədir, paslıdır, seyfi qarderob otağından çıxarım. Düşündüm ki, yeni seyf alaram, ona görə də köhnə seyfi qarderob otağından çıxardaraq atdım. Silahları isə qarderob otağında gözlə görünməyən yerdə, ayaqqabı qutularının arxasında gizlətdim. Oğlumun silaha heç vaxt meyli yox idi. Ailəmizdə olan xeyir işə baş qarışdığından o, qarderob otağının açıq qalmasından istifadə edərək otağa daxil olub”.
Təqsirləndirilən şəxs sonda baş verən hadisənin onları dərin sarsıtdığını, belə bir hadisənin baş verməsinə, müəllimənin zərərçəkməsinə görə təəssüfləndiyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.
Zərərçəkmiş şəxs, “İdrak” liseyinin ingilis dili müəllimi olan Şəhla Kamilova ifadəsində göstərib ki, şagirdi olmuş şəxsin belə bir hərəkət edəcəyini heç vaxt düşünməyib: “Ondan bu vaxta qədər özümə qarşı heç bir aqressiv hərəkət görməmişdim. Ondan belə bir hərəkəti isə ümumiyyətlə gözləməzdim. Hadisə anidən baş verib, həmin an şagirdimi ümumiyyətlə görməmişdim. Öncə heç nə başa düşmədim, hətta mənə elə gəldi ki, təzyiqim aşağı düşüb. Sonradan isə boynumun arxasından isti nə isə axdığını hiss etdim. Köməyə adam çağırılmasını xahiş etdim. Boyun nahiyəmdən xəsarət almışam. Boyun fəqərələrimə 22 qırma daxil olub, 16 qırma çıxarılsa da, 6-sı hələ də qalıb”.
Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını məhkəmədən nəzərə alınmasını xahiş edib.
Şagird isə ifadəsində qeyd edib ki, silahı ilk dəfə Bakıya təzə köçəndə görüb. Ondan sonra silahın olduğu qabı yeni il tədbirinə hazırlaşanda atasından qalstuk istəyərkən qarderob otağında qutuların arxasından görüb: “Evdə hamının başı bacımın nişan mərasiminə qarışdığı bir vaxtda isə təsadüfən qarderob otağının açıq olduğunu gördüm və silahı götürərək sinif yoldaşlarıma göstərmək istədim. Çünki həmin vaxt yadıma düşdü ki, bir dəfə sinif yoldaşlarımla danışanda silahımız olduğunu desəm də, inanmamışdılar. Mən də silahı götürərək silahın şəklini və videolarını çəkib sinif yoldaşlarıma göndərdim. Sinif yoldaşlarım yenə mənə inanmadılar, elə bildilər ki, oyuncaq silahdır. Sonradan silahı aparıb yerinə qoymaq istəsəm də, qarderob otağının bağlı olduğunu gördüm. Ona görə də məcbur qalıb silahı öz atağıma apardım və fikirləşdim ki, silahı harada gizlədim ki, sonra yerinə qaytara bilim. Silahı qardaşımın idman çantasına qoydum. Fikriləşdim ki, qardaşım idmana gedəndə çantada silahı görüb bu barədə valideynlərə məlumat verər. Valideynləri də onu danlayıb, silahı ondan alıb yerinə qoyarlar. Lakin bu niyyətim baş tutmadı”.
Ə.Ş. bildirib ki, sabah səhər tezdən oyananda özü qəsdən evdə bərk gəzib ki, kimsə səsə gəlib ona sual versin ki, idman çantasında nə var və silahın çantada olmasını bilib ondan götürsünlər: “Səhərə kimi həyəcandan yata bilmədim. Səhər tezdən yuxudan duraraq evdə səs-küy saldım, lakin nə atam, nə də anam yuxudan durdu. Arzu edirdim ki, kimsə mənə mane olsun, lakin belə olmadı və beləcə çantanı özümlə apardım”.
Bu hərəkəti nə üçün etdiyini ifadəsinə əlavə edən şagird, ona verilən suallara cavab olaraq müəllimin onunla yaxşı rəftar etmədiyini, ona “sən heç nə bilmirsən, sənin gələcəyin yoxdur” kimi ifadələr işlətdiyini deyib. Onun sözlərinə görə, o da elə onu qorxutmaq üçün silahdan istifadə etdiyini, lakin yenə də səbəbinin ona bəlli olmadığını bildirib.
Xatırladaq ki, insident bu il fevralında baş verib. Hazırda məhkəmə araşdırması gedir.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
İlham Əliyev müşavirə keçirdi
Müəllimini güllələyən şagirdi hansı cəza gözləyir? - Atası da cəzalana bilər
4 milyonluq işdə yüksək vəzifəli şəxslərin adı hallanır – Biri Federasiya prezidentidir
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: “Ərim şübhələndi, dedim ki, bir daha...” – ŞOK TƏFƏRRÜAT
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Kimin əvvəli, kimin axırı... - Fotolar
“Boz kardinal” evdə nələri edə bilməz?
İlham Əliyev Quzeyxırmanda - FOTOLAR
Kamran Əsədov məhkəmə zalında həbs olunub
Əri ona xadimə ilə xəyanət edibmiş – Məşhur plastik cərrahın qətlinin şok təfərrüatı
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Baş Prokurorluq Kamran Əsədov və “şərikləri” ilə bağlı - Açıqlama yaydı
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı-VIDEO
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi - FOTO
Körpənin ölümündə günahkar baş həkimdir - Mama-ginekoloqdan ŞOK AÇIQLAMA
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
İlham Əliyev Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat 2026-07-28 , 16:08
Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib? - Video 2026-07-28 , 16:03
Anar Bayramov Elnur Azadxanovu da yola salır - FOTO 2026-07-28 , 15:22
"Sizi tapmaq asandır" - Təhqir yazanlara səsləndi 2026-07-28 , 15:20
İlham Əliyev 3 fərman imzaladı 2026-07-28 , 15:17
Səhiyyə Nazirliyindən Elşad Xose ilə bağlı AÇIQLAMA 2026-07-28 , 15:10
Aygün Kazımovadan qızı ilə bağlı etiraf - Video 2026-07-28 , 12:59
Dini inancları təhqir edən şəxs saxlanıldı 2026-07-28 , 12:56
Əliyevlə Putin telefonla danışdı 2026-07-28 , 12:55
Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin” 2026-07-28 , 12:51
Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? 2026-07-28 , 12:49
Elşad Xosenin vəziyyəti ağırdır 2026-07-28 , 12:32
Şəmsi Səmədzadə ağır qəza keçirdi: ŞOK GÖRÜNTÜLƏR 2026-07-28 , 12:25
Mahsun Kırmızıgül, Gülben Ergen və digərləri prokurorluğa çağırıldı 2026-07-27 , 17:37
"Tolikdən Günelə: "Ərə get, evdə qalmısan" - VİDEO 2026-07-27 , 17:25
İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayıldı 2026-07-27 , 17:20
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb 2026-07-27 , 17:16
Azərbaycanda botoks vurduranlar iflic olur? – Həkim prosedurları dayandırdığını deyir 2026-07-27 , 17:09
"Tibb bacıları xalama su vermədilər ki, onsuz da ölürsən" – "Semaşko"dan şikayət - VİDEO 2026-07-27 , 17:08
Rüfət Axundov "Volqa"sı ilə diqqət çəkdi - Video 2026-07-27 , 11:18
Nigarın qırmızı xalı tərzi diqqət çəkdi - VİDEO 2026-07-27 , 08:48
Vüsalənin bağı - Video 2026-07-27 , 08:32
Saleh Məmmədovun Almaniyada tikdirdiyi bina – FOTO 2026-07-27 , 08:27
Dövlət xəstəxanalarından gileyləndi: “350-600 manata müayinə“ - VİDEO 2026-07-27 , 07:58
Putin miqrantlarla bağlı qanunu sərtləşdirdi 2026-07-27 , 07:57
Araz Ağalarov gənc xanımı ilə “DreamFest”də - VİDEO 2026-07-27 , 07:55
Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu- VİDEO 2026-07-27 , 07:51
Müdir maaşa görə etiraz edən işçini döyüb? - VİDEO 2026-07-27 , 07:46
Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı - VİDEO 2026-07-27 , 07:45
Günelin atası və qardaşı ilə rəqsi - Video 2026-07-26 , 12:45
Aktrisa Zülfiyyə Qurbanova: "İnsanlar ağrılarımı görüb hücum çəkməsinlər deyə maskalanıram" - VİDEO 2026-07-26 , 12:42
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 2026-07-26 , 12:36
Səidə və Rəqsanə tədbirdə bir araya gəldi – Video 2026-07-26 , 12:33
"Aktyor qalıb kənarda, ancaq ilanı soruşurlar"-Əməkdar artistin səhhəti necədir?-AÇIQLAMA 2026-07-26 , 12:26
Konsertinə gələn körpəyə 7200 manatlıq jest etdi - VİDEO 2026-07-26 , 12:21
Nazirin oxu hədəfdən yayınmadı- Video 2026-07-26 , 12:17
Dənizdə batan Ümid müstəntiq işləyirmiş 2026-07-26 , 12:12
Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi 2026-07-26 , 12:10
Coratda 26 yaşlı oğlan dənizdə boğuldu 2026-07-26 , 10:30
Xalq artisti imicini dəyilşdi - VİDEO 2026-07-25 , 15:48
Tramp huşunu itirib yıxıldı - VİDEO 2026-07-25 , 15:35
Elnur Kərimovu sancan ilan öldü, aktyorun vəziyyəti açıqlandı 2026-07-25 , 15:25
Tramp yenidən prezidentliyə namizəd olacaq 2026-07-25 , 15:24