Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video

Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video

Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
2026-07-20 , 12:33

Bakıda fəaliyyət göstərən klinikalardan birində antisanitar mühitdə liposaksiya (piysovurma) əməliyyatının icra olunmasını əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda pasiyent qadının üzərində heç bir anesteziya (ağrıkəsici) tətbiq edilmədən prosedurun aparıldığı aydın görülür.
Bununla yanaşı, tibbi və sanitar-gigiyena qaydalarının kobud şəkildə pozulduğu otaqda əməliyyat getdiyi an kənar bir şəxsin də içəri daxil olduğu kameraya düşüb. 
Qeyd edək ki, sözügedən əməliyyatın konkret olaraq hansı tibb müəssisəsində hansı həkim tərəfindən icra edildiyi və görüntülərin hansı tarixdə çəkildiyi barədə məlumat yoxdur.
Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən klinikalardan birində qadına qeyri-tibbi şəraitdə liposaksiya (piysorma) edildiyini əks etdirən görüntülərdə iştirak edən həkimin kimliyi məlum olub.
“Barometr”in məlumatına görə, proseduru ötən il mediada əməliyyat zamanı rəqs etməsi ilə gündəmə gələn, “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayeva icra edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.