Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları
Riyazi bölməni orta məktəb səviyyəsində hamımız bilirik. Bölünən, bölən və qismətdən ibarət olan bu əməl bəzən ədəd tam bölünməyəndə qalıq da göstərilərək yerinə yetirilir. Amma nəzərə alaq ki, riyaziyyatın həyata inikası həmişə uğurlu və cəmiyyətə xeyirli olmur. Lap elə götürək ölkə vətəndaşlarının öz pulu hesabına yaradılan və insanların səhiyyəsinə xidmət üçün dövlət tərəfindən ayrılan, dəyəri milyardlarla ölçülən sığorta büdcəsinin bölünməsini. Bu “riyazi əməlin” tərkibində yer alanları belə adlandıra bilərik: Bölünən - dövlətin pulu, bölən - İTS və TƏBİB, qismət - uçuruma gedən səhiyyə, qalıq - varlanan insanlar, çökdürülən özəl tibb sektoru...
Bu vəziyyəti göz önünə gətirəndə və azacıq araşdırma aparanda məlum olur ki, yaxın dövrdə Azərbaycan səhiyyə sistemində yeni təlatümlər qaçılmazdır. Saxta plastik cərrahlar qalmaqalı bitməmiş, artıq icbari tibbi sığortaya ayrılan böyük məbləğlərin bölüşdürülməsi uğrunda mübarizə daha açıq müstəviyə keçməkdədir.
Bakupost.az -ın bu sahədə baş verən hadisələrlə bağlı apardığı kiçik araşdırmanın nəticələri də bunu təsdiq edir.
Araşdırmanın nəticələrinə keçməzdən öncə qeyd edək ki, səhiyyə sistemində islahatlar, xəstəxanaların publik hüquqi şəxsə çevirilməsi, icbari tibbi sığorta sisteminə keçidin başlıca məqsədi rəqabət mühitinin yaradılması və əhaliyə keyfiyyətli tibbi xitmətin göstərilməsi olsa da, son proseslər göstərir ki, rəqabət mühiti nəinki yaradılıb, hətta əvvəlkindən daha acınacaqlı vəziyyətə salınıb, tibbi xidməti isə daha çox "məsləhət bilinən" yerlər həyata keçirir.

Bununla bağlı "Səhiyyə TV"nin rəhbəri və bir neçə özəl klinikanın sahibi Azər Xudiyevin Baku TV-nin efirindəkı açıqlaması diqqət çəkir. O açıq şəkildə bildirir ki, xəstə icbari sığortanın ödədiyi pulu istədiyi xəstəxanada xərcləyə bilmir, həmin vəsait TƏBİB və İTS tərəfindən məcburi şəkildə yönəldilir. Hara? Dövlətin dotasıyası ilə işləyən və keyfiyyətsiz xidmət göstərən dövlət xəstəxanalarına və ya səhiyyə sistemindəki məmurlara aid klinikalara:
"Bu gün özəl klinikaların maddi durumu pisləşib, çünki ora müraciət edən xəstələrin sayı azalıb. Buna görə də özəl klinikalar çalışır ki, fərqli xidmət göstərsin, investisiya yatırsın və s. Bu, heç bir qurumun problemi deyil. Burada fərqli subyektiv məsələlər var. İcbari Tibbi Sığorta ilə müraciət edən xəstələr ya dövlət xəstəxanalarına göndərilir, ya da səhiyyə sistemindəki məmurlara bağlı klinikalara. Orada keyfiyyətli xidmət göstərilmir, xəstələr uzun növbələrdə qalır. Və biz məcburi göndərişlərlə özəl tibbi xidməti məhv edirik. Vətəndaş öz maaşından ayırır ki, icbari tibbi sığorta ilə təmin olunsun”. Amma o, keyfiyyətli xidmət almır".
Azər Xudiyev daha sonra vurğulayır ki, bu proses kənarda qalan xəstəxanaların çökməsi ilə nətilənəcək:
"Sizə əminliklə deyirəm ki, bir neçə ilə bu gün fəaliyyət göstərən klinikaların 50 faizi bağlanacaq".

Bu açıqlama çox ciddi proseslərə start verildiyini göstərir. Artıq narazı adamlar dillənməyə başlayıb. Hətta bu narazılıqlar, ölkənin ən böyük klinikalarının sahibləri və ya işlədənləri tərəfindən bir sıra toplantılarda uca səslə deyilməyə başlayıb.
Araşdırmamız zamanı məlum oldu ki, keçən günlərdə səhiyyə ilə bağlı geniş bir toplantıda, ölkənin ən məşhur klinikalarından birinin direktoru İcbari Tibbi Sığortanı bir növ inhisarçılıq yaratmaqda və insaların konstitusion hüququ olan öz həkimini seçmək hüququnu əlindən almaqda qınayıb. Kimin hansı niyyətlə danışmasından asılı olmayaraq, burada həqiqət payı çoxdur.

Məsələ burasındadır ki, xəstə axınının istiqamətlərinə diqqət yetirdikdə, mənzərə tam aydın olur. Belə ki, sığorta hesabına edilən bahalı əməliyyatlar (ürək-damar əməliyyatları, travmatoloji əməliyyatlar – endorpotezlər və bəzi daxili əməliyyatlar) əsasən, bir neçə tibb müəssisəsində çeşidlənir: birinci əsas baza "Yeni Klinika"dır, ikinci Kardiologiya İnstitutu, üçüncü, bəzi iri rayon publik hüququ şəxs xəstəxanaları. Xəstələr əsasən, 7-8 klinikaya yönləndirilir. (Bu klinikalardan 4-ü səhiyyə sistemindəki bir məmurun himayəsindədir. Bu barədə ayrıca yazımız olacaq -red.).

Məsələn, Kardiologiya İnstitutuna müraciət edən xəstə əməliyyat və ya anju müayinəsi üçün "Kəpəz" və ya "EGE hospital"a yönləndirilir. "Yeni Klinika"ya üz tutan xəstələr adətən, "EGE" və "HB Güvən"ə göndərilir.
Hazır xəstə alan klinikaların siyahısına "Medistyle", "İstanbul NS", "MedEra", "Yasamal hospital" da daxildir.

Eyni sistem regionlarda da qurulub. Məsələn, Qərb rayonlarındakı xəstəxanalara mürciət edən ağır xəstələr pullu əməliyyat üçün Gəncə Beynəlxalq Hospitalına göndərilir.
Nə HİKMƏTDİRSƏ, xəstələr ənənəsi, böyük həkim kollektivi olan, peşəkarların çalışdığı klinikalara gedib çata bilmir. Məsələn, necəsə olur şəhərin mərkəzində yerləşən, adı dastanlara düşən “Baku Medical Plaza”nı yox, Yasamalın “Ətçilər” məhəlləsinə sığınan nimdaş "Yasamal hospital"ı “seçirlər”. Yaxud da “İnqilab”ın küncündə itib-batan “Kəpəz hospital”a “ürək qızdırırlar”, amma 3 dəfə JCI (Joint Commission International) beynəlxalq akkreditasiyasını qazanan yeganə klinika olan RDM-ə yaxın durmurlar. Halbuki RDM-dəki təkcə “Ürək mərkəzi” regionda çox az rast gəlinən tibb müəssisələrindəndir.

Bütün bu mənzərə nəticə olaraq onu göstərir ki, ölkədəki özəl tibb müəssisələri iki yerə bölünüb – İTS tərəfindən “Sevilməyən tibb müəssisələri" və “ Sevimli klinikalar".
Hər hansı bir əməliyyat və ya prosedur üçün özəl tibb müəssisəsindəki həkimin qəbuluna düşmək, illərdir tanıdığı həkimə əməliyyat olunmaq istəyən xəstə göndəriş üçün dövlət müəssisəsinə üz tutanda, əgər gedəcəyi klinika "Sevilməyən klinikalar"ın siyahısındadırsa, min bir problemlə üzləşir. Nəticədə xəstə min bir əziyyətlə öz göndərişini dövlət xəstəxanası tərəfindən sistemə vurdura bilsə də, İTS baryerini keçə bilmir və ona belə bir göndərişin mümkün olmaması ilə bağlı SMS göndərilir. Səbəb olaraq isə eyni əməliyyatın TƏBİB tabeliyindəki dövlət müəssisəsində həyata keçirldiyi bildirilir. Bu zaman nə xəstənin yaşı, nə lazım olan tibbi prosedurun təcililiyi, nə də həkimin kimliyi nəzərə alınır. Təcili əməliyyat olunmalı xəstə, eyni əməliyyat üçün 3-4 ay sonraya növbə olan dövlət xəstəxanasına yönləndirilir. Yox, əgər sən “sevimli klinika”lardan birində hər hansı tibbi prosedurdan keçəcəksənsə, o zaman çox asanlıqla bütün qapılar üzünə açılır. Hətta bəzən göndəriş üçün harasa getməyə belə gərək olmur. Məhz bu səbəblərdən, özəl klinikalardan birində gündə bir neçə “diz endoprotez” əməliyyatı olduğu halda, digər xəstəxanada çalışan savadlı və təcrübəli həkimin bu əməliyyat üçün qapısında gözləyən xəstələr göndəriş ala bilmir. Bu dediyimiz sadəcə, bir misaldır, bu misalı bir çox əməliyyatlar üçün çəkmək mümkündür.

Mövcud anormal rəqabət mühitində təəssüf ki, hər tibb ocağı yuxarıda adını çəkdiyimiz xəstəxanalar kimi öz reputasiyasını qoruya, ayaqda qala bilmir, başqa maxinasiyalara əl atırlar: həkim olmayan, sertifikasiyadan keçməyən həkimləri, estetik cərrahları, stomatoloqları və s. cəlb edərək, ucuz qiymət və reklamla xəstələri şirnikləndirib cəlb edirlər.

Beləliklə, Azərbaycanda infantil vəziyyətə salınmış səhiyyəmiz 2 cəbhəyə ayrılıb: İTS-dən milyonlar qazananlar və öz hesabına sürünənlər.
İnfantil – inkişafdan qalmış sistem nəticəsində cəmi 5 il ərzində İTS pulları şəxsi ciblərə axıb, sərvəti az qala səhiyyə büdcəsinə catacaq qədər şişmiş zəngin fiqurlar yaranıb. Bu fiqurlara aid olan klinikaların sayı günü-gündən artır, yeni filialları açılır. Digər klinikalar isə əksinə, bağlanmaq üzrədir.

Davamı olacaq…
Elnur, BakuPost
OXŞAR XƏBƏRLƏR

USAID-TƏBİB əməkdaşlığı: milyonların aqibəti araşdırılacaqmı?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55