Bir xəstəyə üç fərqli resept və ya dövlət xəstəxanalarında nə baş verir?
Dövlət vətəndaşı məmnun etmək, keyfiyyətli tibbi xidmətlə təmin etmək üçün kifayət qədər iş görür, həm tibbi avadanlıqlar yenilənir, həm tibb müəssisələri müasir standartlara cavab verən səviyyətə təmir və bərpa olunur, tibbi personalın rifah halının icbari tibbi sığorta hesabına artırılması təmin olunur. Əvvəlki illərdən fərqli olaraq indi artıq heç bir həkim, yaxud tibb bacısı maaşının azlığından narazılıq edə bilməz, çünki dövlət hər şeyi artıqlaması ilə edib və edir. Lakin buna baxmayaraq tibb müəssisələrində problemlər bitmir. Bəzən mövcud problemlər həmin sahəyə rəhbərlik edənlərin adı ilə əlaqələndirilsə də, əslində vəziyyət başqa cürdür. Məsələn Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov ilk gündən tabeliyində olan tibb müəssisələrində qayda-qanun, nizam-intizam yaradılması üçün əlindən gələni edir. Təəssüf ki, hər yerdə olduğu kimi tibb sahəsində də köhnə qaydalarla işləməyə meylli olan şəxslərə rast gəlmək mümkündür. Xidmətin səviyyəsi isə tamam ayrı aləmdir.
Bu günlərdə anamın sinə və ayaq nahiyəsində ağrılar yarandığı üçün əvvəlcə Sumqayıt şəhər 1 saylı xəstəxananın poliklinika şöbəsinə müraciət etdik. Poliklinikada Elçin adlı həkim rentgen üçün göndəriş verməkdən qəti surətdə imtina edərək bildirdi ki, “sınıq və çat yoxdur, ona görə də rentgenə göndərə bilmərəm”. Sınığı müşahidə qabiliyyəti ilə müəyyən edə bilən Elçin həkim resept yazdı və həmin dərmanlarla ağrıların aradan qalxacağını qeyd etdi. Rentgenə ehtiyac duymayan həkimin diaqnozu şübhəli olduğu üçün bu dəfə Sumqayıt şəhər Təcili və təxirəsalınmaz tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə müraciət etməyə qərar verdik. Adi qaydada qeydiyyat masasına yaxınlaşıb növbədə olan Rza adlı həkimin qəbulu üçün növbə götürdük. Həkim 1-2 sual verib anamın şikayəti sinə sümüyündən və bud nahiyəsindən olsa da, sadəcə bud-çanaq nahiyəsi üçün rentgenə göndəriş yazdı və yenidən qeydiyyata yaxınlaşıb bu dəfə retgen üçün növbə götürdük. Tragikomediya da bundan sonra başlanır. Rentgen otağının qapısında xeyli insan yığışıb və qeydiyyat masasında verilən çekdən əlavə rentgen otağındakı tibb bacısından da əlavə növbə almalısan. Buranın hökmü belədir. Bundan əlavə rentgenin qapısında belə bir yazı vurulub: “Xəstəxanada yatan xəstələr üçün rentgen müayinəsi növbəsizdir.” Buradakı nizam-intizama xələl gətirən hallar da elə bu yazının altında baş verir. Həmin yazı imkan verir ki, xəstəxanada işləyən, yaxud rentgenə məsul şəxsin tanış-bilişi yanına kimisə salıb xəstəxanada yatan xəstə adı ilə növbəsiz rentgen müayinəsinə salsın. Bunun nəticəsidir ki, əlindəki kağızda növbədə 3-cü olduğun yazılsa da, "sehrli çubuq" sayəsində növbədə 5-ci, 6-cı olasan. Halbuki xəstəxanada stasionar müalicə alan şəxs əvvəla təlimata görə xəstəxana geyimində olar, onu rentgen müayinəsinə gətirən tibb bacısının əynində vəzifəsinə və təlimata uyğun geyimi olar. Amma burda növbəni pozan şəxslərin qolunda qızıl qolbaq, əynində isə xəstəxanada yatan şəxsin geyiminə uyğun gəlməyən paltarlar olur. Etiraz edildikdə isə rentgen kabinetindəki tibb bacısı kobud urətdə qışqırır, gah “buranın xəstəsidir”, gah da ”qazıdır” deyib hərəkətinə haqq qazandırmaq istəyir. Halbuki əgər stasionar müalicə alan xəstədirsə, yanındakı tibb bacısının əlində xəstənin tibbi kartı olar, xəstə xəstə paltarında, tibb bacısı da müvafiq geyimdə olar, xəstəxanada hər halda indiyədək qızıl qolbaq taxıb yatan kişi görməmişik, görən olubsa bizə bildirər. Digər tərəfdən isə əgər adam xəstəxanada yatırsa onun qazı olub-olmamasının heç bir fərqi yoxdur. İş burasındadır ki, tibb bacısının özünə haqq qazandırmaq üçün telefonda tapıb göstərdiyi və “qazıdır” dediyi vəsiqədə şəxsin “müharibə iştirakçısı” olduğu qeyd olunmuşdu. “Müharibə iştirakçısı” olan bir şəxs isə qapıda yaşlı, ağbirçək qadınlar, qolu, ayağı gipsdə olan şəxslər növbədə dayandığı bir vaxtda tanışlıqla növbəsiz içəri keçməyi özünə sığışdırmamalı idi. Təbii ki, bu şəraiti yaradan rentgen kabinetində fəaliyyət göstərən həkim və onun tibb bacısıdır. Nə isə buradakı vəziyyət barədə Sumqayıt Tibb Mərkəzinə məlumat verildi, həmin xəstəxananın 2-ci korpusunda anamı rentgen müayinəsinə sala bildik. Oradan 3-cü korpusa qayıdanda hələ də bizim növbəmiz çatmamışdı, çünki buranın öz “qaydaları” hökm sürür. Nə isə keçdik Rza həkimin qəbuluna və telefonla çəkilmiş rentgen şəklini göstərib müayinənin nəticəsi barədə sənədi təqdim etdik. Rza həkim qışqıra-qışqıra bildirdi ki, “bud-çanaq yeyilməsi gedir, mən ona nə edə bilərəm, heç nə, getsin dincəlsin, nə yazsam da, xeyri olmayacaq, bahalı bir iynə var, tapılmır, gərək o vurulsun" və s. və i.a. Bildirdim ki, “doktor siz nə lazımdır yazın, tapmaq bizlikdir, bunun müalicəsi nədir, bu vəziyyəti nə yüngülləşdirə bilər onu deyin”. Rza həkim könülsüz halda bir respt yazdı verdi və tələsik otaqdan çıxdı, nə qədər sual versəm də cavab vermədi, belə başa düşdüm ki, icbari sığorta sistemi ilə müayinə gəlməklə səhv etmişik. Çünki may-iyun aylarında eyni sistemlə Sarı Qayadakı 2 saylı xəstəxanaya göz həkiminin müayinəsinə getmişdim və dövlət xəstəxanasında katarakta əməliyyatı olduğu halda həkim Leyla Qəhrəmanova mənə bildirmişdi ki, “mən sizin gözünüzü əməliyyat edə bilmərəm, gedin əvvəl özəl klinikada gözünüzü kim əməliyyat edibsə o etsin”. Bildirəndə ki, “doktor həmin həkim ölkədən köçmüş olsa, onda mən nə etməliyəm”, həkim demişdi ki, "fakt budur ki, köçməyib, burdadır və işləyir". Halbuki L. Qəhrəmanova 1 həftə əvvəl əməliyyatı boynuna götürmüşdü, sadəcə özünün əməliyyatlar icra etdiyi “Batıgöz” klinikasına göndərişi icbari sığorta hesabına almaq üçün apardığım mübarizə ola bilsin ki, həkimi qane etmədi və 1 həftə sonra əməliyyatdan imtina etdi, nəticədə isə mən icbari sığorta üçün vergi ödədiyim halda öz vəsaitim hesabına əməliyyat olundum. Nə isə, keçənə güzəşt deyərlər.

Rza həkimin qəbulundan çıxıb aptekə getdik və anam üçün yazılan reseptdəki iynə və dərmanları aldım. Həmin gün qonşudakı tibb bacısına iynəni vurdurduq, həkimin həvəssiz davranışına görə səhər bir də özəl xəstəxanaya müraciət etməyi, əgər cavab üst-üstə düşərsə, müalicəni davam etdirməyi qərara aldıq. Bu gün səhər yaxınlıqda yerləşən “Kamed” diaqnostika mərkəzinə yaxınlaşdıq və 53 manat ödəniş edib həm sinə, həm də bud-çanaq nahiyəsi üçün rentgenə göndəriş aldıq. Rentgen müayinəsindən sonra Ramiz Qasımov adlı həkim bildirdi ki, heç bir bud-çanaq yeyilməsi halı yoxdur, yaşla əlaqədar onurğada əyilmə, həmçinin bud nahiyəsində yüngül əzilmə müşahidə olunur, bu da müalicə ilə keçib gedəcək. 1 maz, bir də 15 günlük həb yazdı, vəssalam.
Mən artıq belə düşünürəm ki, hər ay həmkarlar ittifaqına ödənilən vəsait kimi icbari sığorta haqqı da əlavə xərcdir, çünki biz onsuz da xəstələnəndə sonda məcbur qalıb özəl klinikalara müraciət edirik. Özəl tibb müəssisələri də problemlərdən xali deyil. Dövlət tibb müəssisələrində bəzən nizam-intizamsızlıq, laqeyd münasibətlə üzləşdiyimiz kimi, özəl klinikalarda da bəzən diplomu və tibbi təhsili olmayan “həkim”lərə rast gəlinir. Bütün bunlar isə ölkədə tibbi islahatların dərinləşdirilməsinə ehtiyac olduğunu sübut edir.
Sonda Sumqayıt Tibb Mərkəzinin direktoru hörmətli Elnur Azadxanova Sumqayıt səhiyyəsində nizam-intizam yaratmaq sahəsindəki fəaliyyətində səbr və uğurlar, həmçinin TTTY xəstəxanasının rentgen kabinetlərinin növbə sisteminə nəzarətin gücləndirilməini, tibbi personala hüquq və vəzifələrinin təkrar izah edilməsini arzu edirəm. Çünki insanlar hansısa xoşagəlməz halla üzləşəndə, laqeydliklə rastlaşanda bunu həmişə rəhbərliklə əlaqələndirirlər, halbuki rəhbərlik özü də vətəndaşların məmnun qalması üçün əlindən gələni etməyə çalışır.

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55