“Bundan sonra əti DEPUTATLAR, vəzifəli şəxslər yeyəcək”
Son günlər Azərbaycanda dabaq xəstəliyi və ətin təhlükəsizliyi ilə bağlı yayılan məlumatlar cəmiyyətdə narahatlıq yaradıb.

E. Bayramlının sözlərinə görə, həqiqətən də bu xəstəlik var və həmişə də olub. Müəyyən bir həcmdə təbii bir haldır. Amma son dövrlərdə onun sayı artıb. Xüsusi olaraq bunun artırılmasına çalışılır. Çünki əksər ölkələrdə heyvanlarda müxtəlif xəstəliklər formalaşır. Dabaq, qarayara və s. bu kimi təhlükəli xəstəliklər, viruslar var ki, bunlar hətta qaynama temperaturunda da ölmürlər. Və insanlarda çox ciddi problemlər yaradırlar.
Dünyada gedən bu proseslərə toxunan sosioloq deyib:
“Ümumiyyətlə, əvvəldən məlum idi ki, dünyada iri və xırdabuynuzlu heyvanlara qarşı bir kompaniya başladılacaq. Çünki süni ət texnologiyası artıq hazırdır. Bunun maya dəyərini də 15 dollara qədər aşağı salıblar. Getdikcə də qiyməti ucuzlaşaraq, süni əti bazara otuzdurmaq, insanları proqramlaşdırılmış, süni hüceyrələrdən formalaşmış süni ətlə qidalandırmaq üçün təbii ət bazardan çıxmalıdır. GMO soyadan istifadə olunan süni ət, hüceyrənin labarator şəraitdə hormonal dərmanlarla, çoxaldılıb şişirdilən vasitələrlə təşkil olunur. Deyim ki, bunun dadı maksimum effektivlikdə olacaq. Dünya əhalisinin 90 faizi kütdür, qabaqlarına nə qoysan yeyəcək. Necə ki, digər saxta qidaları yeyirlər, eləcə də ət məsələsində heç bir problem olmayacaq. Dünyada yüzlərlə təbii içkilər ola-ola, kütləvi şəkildə hamı Koka-Kola içir. Uşaqdan böyüyə hamı içirsə, deməli, kütbeyindirlər. Belə bir şəraitdə bunları etmək çox asandır. Sadəcə, qiymətini ucuz qoyursan, əsas daddır, dadı yaxşıdırsa, insanlar ağına-bozuna baxmadan istənilən zəhəri, hər şeyi yeyirlər. Bir çox ölkələrdə, son illərdə kütləvi heyvan qırğınları baş verib. Naməlum xəstəliklərdən, virus və bakteriyalardan dolayı yüzminlərlə heyvanlar qırılıb ölür. Hətta dünya ölkələrində böyük sürülərin məhv olması videoları var”.Baş verən hadisələrin Azərbaycana da sirayət etdiyini vurğulayan Elçin Bayramlı qeyd edib:
“Bizə də xaricdən heyvanlar gətirilir. Çox sayda süni yemlər gətirilir. Onların tərkibində nə olduğunu biz bilmirik. Bu məsələ ölkənin özünün daxilində təşkil olunan bir iş deyil. Xəstəliyin gəlmə mənbəyi xarici ölkələrdəndir. Dünya artıq qloballaşıb. Ticarət və iqtisadiyyat artıb. Heyvanlar və yemlər də müəyyən mərkəzlər tərəfindən təmin olunur. İstənilən ölkəyə bunları göndərərək, orada bu xəstəlikləri yaymaq mümkündür”.Sosioloq illər öncə açıqladığı proqnozdan bəhs edib:
“Neçə il öncə mən demişdim ki, yaxın illərdə təbii ətin qiyməti heç bir iqtisadi əsası olmadan bahalaşmaya məruz qalacaq. Müxtəlif formalarda heyvanlar arasında xəstəliklər yayılacaq. İnsanlar qorxudulacaq. Bu həm də ət monopoliyasını formalaşdırır. İnsanlar sadə qəssablardan ət almağa çəkinəcəklər. Guya ki, hansısa mərkəzlərdə xüsusi yoxlamalardan keçən kəsim mərkəzlərindən və market şəbəkələrindən olan ətlər alınmalıdır. Burada, əslində alıcı bilmir ki, heyvanın mənşəyi nədir. Bu bizim cəmiyyətin psixologiyasına xarakterik deyil. Biz həmişə göz qabağında olan, sağlam şəkildə kəsilən heyvanların ətini almağa üstünlük vermişik. Amma müəyyən məhdudiyyət və məcburiyyətlər olanda, insanlar məcbur olacaq ki, ət almaqdan çəkinsinlər. Hətta qadağa da qoyula bilər. Tək bizdə yox, bütün ölkələrdə bunu edəcəklər.
Daha təhlükəli virusun yayılacağını vurğulayan ekspert danışıb:
“Yaxın müddətdə mən gözləyirəm ki, bu baş verə bilər. Və heyvanlar arasında qlobal səviyyədə çox təhlükəli bir virusun yayılması təşkil olunacaq. Bu, əsasən iribuynuzlu heyvanlar arasında baş verəcək. Müəyyən ehtimalla xırdabuynuzlu heyvanlara da öz təsirini göstərəcək. Dünya ərazisində olan bütün mal-qara təbii heyvanlar məhv olunacaq. Çünki qlobalistlər deyirlər ki, guya inəklər metan qazı buraxır və atmosferdə problem yaradır, havanı zəhərləyirlər. Halbuki bu tamamilə uydurmadır. Qlobalistlərin nəhəng kimya zavodları inəklərin buraxdığından bir milyon dəfə artıq metan qazı, karbon dioksid və s. buraxır. Süni şəkildə heyvanları günahkar göstərirlər. Artıq, qardaş ölkə Türkiyədə belə, süni ətin istifadəsinə və istehsalına başlanılıb”.
Süni ət barədə məlumat verən sosioloq əlavə edib:
“İlk vaxtlar bu müxtəlif ət məhsulları formasında olur. Kolbasalar, sosiskalar, farş formalarında olacaq. Kafe və restoranlara veriləcək. İnsanlar o ətin mənşəyindən xəbərsiz olacaq. Daha sonra müəyyən məhdudiyyət və qadağalar, heyvanların kütləvi qırılması ilə dünya səviyyəsində təbii ətin istifadəsini demək olar ki, minimuma endirəcəklər. Hətta süni ətin kiloqramı 5 dollar səviyyəsində endiriləcək”.“Hətta bazarda təbii ət olsa belə, qiyməti o qədər qalxacaq ki, 50-100 manat və sadə insanlar bunu ala bilməyəcək. İmkanlı, vəzifəli şəxslər, deputatlar istəyir, kilosu 200 manat olsun, onlar alıb yeyəcək. Sadə insanlar məcburən süni ətə keçməli olacaq. Heyvanlara edəcəkləri soyqırımı heç də gizlətmirlər, məqalələrdə, canlı efirlərdə bəyan edirlər. Bunun arxasında milyardlar durur. Trilyonlarla Bu işə pul ayrılır. Bəşəriyyəti təbii fitrətindən çıxarıb zombiləşdirmək məqsədi, terroru daşıyır”.
Çıxış yoluna toxunan E. Bayramlı sonda təklif irəli sürüb:
“Bizim ölkədə mümkün qədər özünüqoruma mexanizmi olmalıdır. Dövlət bu məsələlərə ciddi yanaşmalıdır. Özümüzün taxıl, yem, ot və s. kimi imkanlarımız böyükdür. Xaricdən yemlər, naməlum tərkibli maddələr almamalıyıq. Hansı ki, onlar heyvanları tezkökəldən zərərli dərmanlardır. Heyvanların da xarici ölkələrdən gətirilməsini azaltmalı, və özümüzdə çoxaltmalıyıq. Özümüzü qorumaq üçün coğrafi imkanlarımız var. Qarabağ zonası çox nəhəng potensiala malikdir. Azərbaycan tamamilə öz təlabatını ödəyə bilər”.
OXŞAR XƏBƏRLƏR

Ət alarkən bunlara diqqət edin!
Prezidentin rəsmi qarşılanma mərasimindən – Fotolar
Mehriban Əliyeva liderlərin xanımları ilə gəmi gəzintisində – Fotolar
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında – FOTOLAR
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında (FOTO)
Prezident “Gülüstan” sarayında iclasda iştirak etdi – Fotolar – Yenilənib
Mehriban Əliyeva qızları ilə Nyu-Yorkda xüsusi sessiyada – Fotolar
149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55