AQTA xəstə və bakteriyalı ətləri ölkəyə necə buraxır?
Xəbər verdiyimiz kimi, dünən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində yoxlama aparılıb.Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılmış yoxlama zamanı dönərxanada mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb.
Tribunainfo.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, “Al Asr” əmtə nişanının sahibləri ölkəyə mal və toyuq ətlərini xaricdən gətirir. Buna səbəb isə xaricdən gətirilən ət və toyuq məhsullarının qiymətinin ucuz olmasıdır. Bundan başqa, bu şirkət əsasən Rusiya, xüsusən də Çeçenistan və Dağıstandan ölkəmizə ət gətirir ki, onun da AQTA-nın nəzarəti və yoxlamasından keçmədən ölkəyə daxil olması mümkün deyil.
Belə ki, AQTA hər nə qədər dönərxanalarda mənşəyi məlum olmayan ət aşkarlasa da, günahın bir ucunun özünə aid olmasını inkar edə bilməz. Əvvəla xaricdən gətirilən bütün məhsullar məhz AQTA-nın müvafiq rəyi olmadan ölkəyə daxil ola bilməz. Qanuna əsasən həmin məhsullar labaratoriya analizindən sonra rəy alaraq, ölkəyə buraxılmalıdır.
Belə olan halda, Bakıda heç də az məşhur olmayan bir şirkətə məxsus dönərxanada mənşəyi məlum olmayan və tərkibində təhlükəli mikrob olan ətin aşkarlanması AQTA-nın öz ayıbıdır. Çünki onlar ölkəyə dondurulmuş ətin gətirilməsinə rəy və razılıq verən yeganə qurumdur.
O zaman belə bir rəy yaranır ki, AQTA özü mənşəyi məlum olmayan ətlərin ölkəyə daxil olmasında maraqlı olub. Bunu hansı maraqdan dolayı etdiyini isə demək yenə də bu qurumun üzərinə düşür. Çünki gömrükdən mal və məhsul keçirən əksər sahibkarlar AQTA ilə bağlı heç də xoşagələn fikirlər səsləndirmirlər. Onlar bildirirlər ki, bu qurum istədiyi rəyi vermək üçün müəyyən maraqlar güdür.
Hətta məlumatlar var ki, bəzi AQTA əməkdaşları ucuz mal və toyuq ətini ölkəyə idxal biznesində də mövcuddurlar. Yəni, onlar qonşu ölkələrdən aşağı keyfiyyətli ucuz ət taparaq, ölkəyə gətirir və AQTA-nın rəyini də asanlıqla ala bilirlər.
İndi sual yaranır ki, ölkədə yayğın olan fast-food ticarətinin ciddi nəzarət altında olması vacibkən, AQTA hansı əsasla ölkəyə xəstə ətlərin gətirilməsinə göz yumur? Başa düşülən odur ki, aparılan bu araşdırmalar və ya yoxlamalar sistemli deyil. Əksinə, adda-buddda və ya “bizdə işləyirik” görüntüsü yaratmaqdır. Əks təqdirdə, uzun müddət ciddi xəstəlik mənbəyi olan bakteriyaya bələnmiş ət və ət məhsulları bazara yol aça bilməzdi. Yəni, məhz AQTA-nın məsuliyyətsizliyi və bacarıqsızlığı sayəsəndi bazara belə məhsullar yol tapır ki, bunun özü də ayrıca araşdırma mövzusudur.
Indi isə dönərdə aşkarlanan “Salmonella” mikrobla bağlı bəzi qeydləri də diqqətinizə çatdıraq. Salmonella çubuqşəkilli bakteriyalar cinsidir. Bəzi növlər tif, paratif qızdırma və digər salmonellyozun törədiciləridir.
Elmə araşdırmalara görə, sözüegedən bakteriya bağırsaq divarlarına yerləşərək, TTSS-1 toksinini yaradır. Bu bakteriya əsasən heyvan və insan bağırsaqlarında yaşayır.
Salmonellalar salmonelyoz adlanan infeksion xəstəliyin törədicisi kimi tanınır. Eyni zamanda qida toksikoinfeksiyalarının da əsas mənbəyi hesab olunur. Qida məhsullarından insanlara yoluxan və bağırsaq divarında məskunlaşan salmonellalar (S. typhimurium, S.enteritidis və b.) həyat fəaliyyəti dövründə enterotoksinlər, öldükdən sonra isə neyrotrop təsirə malik endotoksinlər ifraz edir. Bu da insanlarda mədə-bağırsaq və sinir pozğunluqları, eləcə də septisemiya ilə nəticələnən qida zəhərlənmələrinə səbəb olur. Salmonelyoza yoluxmuş insanlarda xəstəlik nəticəsində baş verən intoksikasiyalar temperaturun yüksəlməsi, halsızlıq, iştahanın azalması, qusma, ishal və digər əlamətlərlə müşahidə edilir. Bu xəstrəlik təhlükəli hesab olunur.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Tribunainfo.az
OXŞAR XƏBƏRLƏR

149 saylı məktəbdə pul yığılması təsdiqləndi: Valideynlər üsyan edir….. -FOTOFAKTLAR
Mal əti adıyla at ətindən dönər hazırlanırmış - FOTO
“Xarı Bülbül”də də nöqsanlar aşkarlandı – Fotolar
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55