Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nigar İngiltərədə "BBC One"ın qonağı oldu

Nigar İngiltərədə "BBC One"ın qonağı oldu

Nigar İngiltərədə
2023-03-28 , 10:40

"Avroviziya 2011" qalibimiz Nigar Camal Londonda "BBC One" kanalının qonağı olub.

Yenilik.az xəbər verir ki, müğənninin qonaq olduğu proqram mayda "Avroviziya"nın finalından 1 saat əvvəl yayımlanacaq. Veriliş zamanı Nigar bir çox sualları cavablandırıb.
Bildirilib ki, Böyük Britaniya vətəndaşı olan N.Camal 26 ildə Birləşmiş Krallığın yeganə qalibi hesab edilir. 
Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov 2011-ci ildə “Runing Scared” mahnısı ilə müsabiqənin qalibi olub. 
Qeyd edək ki, ölkəmizi bu il müsabiqədə Tural və Turan qardaşları "Tell me more" mahnısı ilə təmsil edəcəklər. Bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.