Nigar İngiltərədə "BBC One"ın qonağı oldu

Nigar İngiltərədə "Avroviziya 2011" qalibimiz Nigar Camal Londonda "BBC One" kanalının qonağı olub.
Yenilik.az xəbər verir ki, müğənninin qonaq olduğu proqram mayda "Avroviziya"nın finalından 1 saat əvvəl yayımlanacaq. Veriliş zamanı Nigar bir çox sualları cavablandırıb.
Bildirilib ki, Böyük Britaniya vətəndaşı olan N.Camal 26 ildə Birləşmiş Krallığın yeganə qalibi hesab edilir. 
Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov 2011-ci ildə “Runing Scared” mahnısı ilə müsabiqənin qalibi olub. 
Qeyd edək ki, ölkəmizi bu il müsabiqədə Tural və Turan qardaşları "Tell me more" mahnısı ilə təmsil edəcəklər. Bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq. 

Geri qayıt