Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qurban Qurbanov əsəbləşdi və planşeti təpiklə ikiyə böldü – ANBAAN VİDEO

Qurban Qurbanov əsəbləşdi və planşeti təpiklə ikiyə böldü – ANBAAN VİDEO

Qurban Qurbanov əsəbləşdi və planşeti təpiklə ikiyə böldü – ANBAAN VİDEO
2025-04-02 , 21:45

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 finalında “Araz-Naxçıvan”a qarşı keçirilən matçda qapılarına təyin edilən penaltiyə əsəbiləşib.

Tribunainfo.az xəbər verir ki, o, matçın 27-ci dəqiqəsində verilən 11 metrlik cərimə zərbəsinə etiraz edib.
Q.Qurbanov əvvəlcə əlində planşetlə 4-cü hakimə epizodu göstərərək etirazını bildirib. Daha sonra isə o, planşetə təpik vuraraq onu sındırıb.
Qeyd edək ki, “Qarabağ” və “Araz-Naxçıvan” arasında Azərbaycan Premyer Liqasının 26-cı turunda baş tutan görüş də qalmaqalla yadda qalmışdı. Həmin matçda futbolçular arasında dava düşmüşdü.
Hazırda davam edən matçda hesab 1:0 “Araz-Naxçıvan”ın xeyrinədir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.