Qurban Qurbanov əsəbləşdi və planşeti təpiklə ikiyə böldü – ANBAAN VİDEO

Q.Qurbanov əvvəlcə əlində planşetlə 4-cü hakimə epizodu göstərərək etirazını bildirib. Daha sonra isə o, planşetə təpik vuraraq onu sındırıb.
Qeyd edək ki, “Qarabağ” və “Araz-Naxçıvan” arasında Azərbaycan Premyer Liqasının 26-cı turunda baş tutan görüş də qalmaqalla yadda qalmışdı. Həmin matçda futbolçular arasında dava düşmüşdü.
Hazırda davam edən matçda hesab 1:0 “Araz-Naxçıvan”ın xeyrinədir.