Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Ştaynmayerin rəsmi qarşılanma mərasimi oldu - Yenilənib - Video - Fotolar

Ştaynmayerin rəsmi qarşılanma mərasimi oldu - Yenilənib - Video - Fotolar

Ştaynmayerin rəsmi qarşılanma mərasimi oldu - Yenilənib - Video - Fotolar
2025-04-02 , 14:30

Bu gün Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub.

Yenilik.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Almaniya Prezidenti Frank-Valter Ştaynmayeri və birinci xanım Elke Büdenbenderi qarşılayıblar.
Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verib.
Almaniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.















Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.