Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev Şimali Makedoniya Prezidentini qarşıladı - Fotolar

İlham Əliyev Şimali Makedoniya Prezidentini qarşıladı - Fotolar

İlham Əliyev Şimali Makedoniya Prezidentini qarşıladı - Fotolar
2025-03-11 , 13:00

Azərbaycanda rəsmi səfərdə olan Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın Bakıda rəsmi qarşılanma mərasimi olub.

Yenilik.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Şimali Makedoniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanı qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Şimali Makedoniya Prezidentinə raport verib.
Şimali Makedoniya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.