Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nigar Fərhadın səhhətində problem yarandı

Nigar Fərhadın səhhətində problem yarandı

Nigar Fərhadın səhhətində problem yarandı
2025-04-02 , 18:11

“Sözün bitdiyi an” verilişinin aparıcısı Nigar Fərhadın səhhətində ciddi problem yaranıb.

Yenilik.az Teleqraf-a istinadən xəbər verir ki, aparıcı xəstəxanaların birinə müraciət edib.
Səhhətində yaranmış narahatlığa görə, o, işə çıxmır. Aparıcı eyni zamanda zənglərə cavab vermir. Son hadisələrin aparıcının səhhətinə mənfi təsir göstərdiyi bildirilir.
Qeyd edək ki, Nigar Fərhadın aparıcı olduğu verilişdə “Oğlum olsa, ona atası olmayan qızı ala bilmərəm” açıqlaması cəmiyyətdə ciddi rezonans doğurub. Ötən gün Audiovizual Şura “Kanal S”in yayımının bir günlük dayandırılması ilə bağlı qərar qəbul edib.
“Kanal S”in müvafiq açıqlamasında bildirilib ki, aparıcı ilə izahedici söhbətlərin aparılması, bu cür halların gələcəkdə təkrarlanmaması üçün verilişin yayımının müvəqqəti dayandırılması qərara alınıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.