Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Ştaynmayerlə xanımı Şəhidlər xiyabanında - Fotolar

Ştaynmayerlə xanımı Şəhidlər xiyabanında - Fotolar

Ştaynmayerlə xanımı Şəhidlər xiyabanında - Fotolar
2025-04-02 , 17:02

Azərbaycanda rəsmi səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender bu gün Şəhidlər xiyabanını ziyarət ediblər.

Yenilik.az xəbər verir ki, Prezident Frank-Valter Ştaynmayer Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.