Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramiz Mehdiyevin qızının uduzduğu məhkəmə işi: "Görünür, heç kimə qismət olmayacaq"

Ramiz Mehdiyevin qızının uduzduğu məhkəmə işi: "Görünür, heç kimə qismət olmayacaq"

Ramiz Mehdiyevin qızının uduzduğu məhkəmə işi:
2025-04-01 , 18:36

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyevanın "Baku Oksford Məktəbi"nin müsadirəsi ilə bağlı verdiyi şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı açıqlandıqdan sonra həmin məktəbin qurucularından biri Nailə Rzayeva məsələyə münasibət bildirib.

 
N.Rzayeva sosial şəbəkə hesabında paylaşım edərək məktəbin müsadirə olunmasına ümid etdiyini bildirib: "Mənim və mərhum həyat yoldaşım Tofiq Rzayevin təsisinə və inkişafına 26 il sərf etdiyi, həyasızcasına mənimsənilmiş "Baku Oxford School", görünür, heç kimə qismət olmayacaq. Çox ümid edirəm ki, dövlətimiz qanunsuz mənimsənilmiş məktəbi müsadirə edəcək. Təhsillə mütəxəssislər məşğul olmalıdırlar".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.