Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Avroviziya 2023" başladı - Video

"Avroviziya 2023" başladı - Video

2023-05-13 , 21:30

"Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb. 

Yenilik.az-ın məlumatına görə, Ukrayna adından Liverpulda keçirilən yarışmada 26 ölkə birincilik uğrunda mübarizə aparır. Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, İtaliya və ötən ilin qalibi olan Ukrayna finala birbaşa vəsiqə qazanan ölkələrdir.
Finala vəsiqə qazanan digər ölkələr isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç, Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniyadır.
Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov qardaşları təmsil edirdi. Onlar "Tell me more" mahnısı ilə birinci yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlərə finala vəsiqə qazana bilməyib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.