Fərhad Əhmədovun 500 milyonluq yaxtasına həbs qoyulub? - Şok faktlar
Fransanın milyardlarla dollar dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı tamamlanmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Yenilik.az Axar.az-a istnadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
A.Derraz bildirib ki, Azərbaycana ölkənin su ehtiyatına yatırım etmək məqsədilə gəlib:
"Mən gəldiyim günün ikinci günü sorğuya alındım".
A.Derraz qeyd edib ki, bildiyinə görə passiv korrupsiyada və cinayət yolu ilə əldə olunan pulların leqallaşdırılmasında təqsirli bilinir. O, ifadəsinin davamında bildirib:
“2018-ci ilin noyabr ayının sonu, oktyabr ayının əvvəlində Fərhad Əhmədovun ofisindən mənimlə əlaqəyə girdilər. Həmin dövrdə onun boşanması məsələsi ilə bağlı məhkəmə çəkişməsi var idi.
Mənlə əlaqəyə keçməzdən əvvəl London məhkəməsi qərar vermişdi ki, Fərhad Əhmədovun dünyanın bütün yerlərində olan əmlakları dondurulsun. Həmin dövrdə mənimlə bir əmlakla bağlı əlaqəyə girmişdi. Bu da Dubayda olan yaxtası ilə bağlı idi. Həmin əmlak 500 milyon dollar dəyərində qiymətləndirilmişdi. Məni bacarığıma görə Dubayda hamı tanıyırdı. Bilirdilər ki, bacarıqlı biriyəm, işimin öhdəsindən gələcəm. Bütün işlərimi yerinə yetirmişəm. Buna görə də mənim nüfuzum var idi. Mən Fərhad Əhmədovla hüquqi müqavilə imzalamışdım ki, ona göstərəcəyim, verəcəyim məsləhətlər qanuni forma kimi görünsün. Tam pulu almaq üçün isə zəmanət verirdik ki, iş uğurla həll olunacaq. Mənim hesabıma 5 ay müddətində avans olaraq pul köçürüldü, lakin əsas məbləğ köçürülmədi. Çünki əsas məbləğ iş tam həll olunandan sonra köçürülməli idi".
Təqsirləndirilən şəxs deyib ki, Fərhad Əhmədovdan aldığı avansın məbləği 200 min dollar olub:
"Həmin məbləğ mənə ödənilib. Əgər yaxtanın üzərinə qoyulan donma qaldırılsaydı, 2 milyon dollar da ödəməli idi. Çünki donma qaldıqca yaxtanın dəyəri aşağı düşürdü".
Təqsirləndirilən şəxs daha sonra məhkəməyə Fransa prokurorluğunda aparılan istintaq hərəkətləri ilə bağlı toplanan sənədləri təqdim edib. Bildirib ki, həmin sənədlər Fransa prokurorluğunda ifadə verən Emmanuel Makronun adminstrasiyasında şəxsi mühafizəçisi olan Benallanın ifadəsidir:
"Bildirmək istəyirəm ki, Benalla Makronun adminstrasiyasından çıxdıqdan sonra onun barəsində Fransada istintaq aparılmışdır. Həmin vaxt Benalla bu faktla bağlı ifadə vermişdir ".
Daha sonra təqsirləndirilən qeyd edib ki, cinayət yolu ilə əldə edilmiş pullun leqallaşdırılmasında ittiham edilir: "Pulların bankdan mənim Dubayda olan hesabıma köçürülüb”.
Növbəti proses sentyabrın 11-də davam edəcək.
İttihama görə, Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa, tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.
Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dolları, gəminin üzərindən həbs qaldırılandan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.
F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb.
Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət almasında köməklik etmədə ittiham olunur.
Qeyd edək ki, A. Derraz 1984-cü ildə Mərakeşdə anadan olub, Fransa Respublikasının və Mərakeş Krallığının vətəndaşıdır, evlidir, iki uşağı var.
O, “SAUR” şirkətinin vitse-prezidentidir. Şirkət Dubayda qeydiyyatdan keçib.
DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, Anass Derraz 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.
A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İnterpola müraciət olunub.
İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında “Red Notice” (“Qırmızı bülleten”) ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.
İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbərini “Red Notice” (“Qırmızı bülleten”) əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. “Qırmızı bülleten” şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.
A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub.

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: “Ərim şübhələndi, dedim ki, bir daha...” – ŞOK TƏFƏRRÜAT
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi - FOTO
Bu gün məşhur həkimlər məhkəmədə dindiriləcəklər
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55