Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hacı Təyyar “siğə” açıqlamasına aydınlıq gətirdi: “Bunu niyə cinsi tərəfə çəkirlər?!”

Hacı Təyyar “siğə” açıqlamasına aydınlıq gətirdi: “Bunu niyə cinsi tərəfə çəkirlər?!”

Hacı Təyyar “siğə” açıqlamasına aydınlıq gətirdi: “Bunu niyə cinsi tərəfə çəkirlər?!”
2023-11-04 , 16:21

İlahiyyatçı Hacı Təyyar Hüseynlinin “Ginekoloji və estetik əməliyyat zamanı qadın kişi həkimlə siğə etdirməlidir” açıqlaması müzakirələrə səbəb olub. Onun haqqında bu fikirlərinə görə sosial şəbəkələrdə tənqid və təhqirlər səsləndirilir.

Hacı Təyyar Hüseynli “Yeni Sabah”a açıqlama verərək həmin mövzudakı fikirlərini yenidən izah edib:
“Öncəliklə bildirmək istəyirəm ki, mən din xadimiyəm. Bütün dini mövzularda münasibət bildirmək üçün dünyagörüşüm və dini təhsilim yetərli səviyyədədir.  
Həmin açıqlamada ərəb-fars dili üzrə mütəxəssis və ilahiyyatçı olaraq bildirmişəm ki, bizim cəmiyyətimizdə siğə anlayışına münasibət birmənalı deyil. Çünki Cəlil Məmmədquluzadə dövründən indiyə qədər siğə məsələsi mübahisəlidir. “Siğə” dedikdə, əsasən, zina, məişət pozğunluğu ağla gəlir. Təbii haldır ki, bu cür məsələlərə əhali arasında müəyyən qədər nifrət, qəzəb var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.