Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac varmı?
Azərbaycanın müstəqil dövlət kimi müstəqil daxili və xarici siyasəti, strateji prioritetləri var. Ayrı-ayrı ölkələrdən fərqli olaraq, Azərbaycan heç bir güc mərkəzinə tabe deyil, bütün ölkələrlə normal, bərabərhüquqlu, qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdür.
Rus dili kultu
Təəssüf ki, uzun illər SSRİ-nin tərkibində olmuş Azərbaycanda rus dili kultu yarandı, milli şüurda rus dili ana dilimiz qədər yer tutmağa başladı. Bu, mərkəzləşdirilmiş qaydada keçmiş SSRİ-nin bütün respublikalarda tətbiq olunan ideoloji fəaliyyətin nəticəsi idi. Zamanında “beynəlmiləlçilər şəhəri” adlandırılan Bakıya bu ad heç də təsadüfən verilməmişdi. Dövlət orqanlarında, küçədə, evdə, hər tərəfdə rus dili bir növ inkişaf səviyyəsinin göstəricisi kimi kult şəklində beyinlərə yeridilirdi.
Ancaq bu gün biz müstəqilik, uzun onilliklər hökm sürmüş stereotiplər dağıdılıb, kənar ideoloji təsirlər neytrallaşdırılıb, tarixi qələbəmiz təkcə ərazi bütövlüyümüzü və suverenliyimizi deyil, həm də qürurumuzu özümüzə qaytarıb, milli kimliyimizin əsl dəyərini bir daha hamıya göstərib.
Nəyə görə Azərbaycanda 300-dən artıq rusdilli məktəb var?
Belə bir vəziyyətdə biz ana dilimizin yüksəlişini yaşamaq əvəzinə, başqa dilləri ona şərik qoşmamalıyıq. Təbii ki, bu tendensiya heç cür qəbul oluna bilməz və qarşısı alınmalıdır.
Sual olunur: Nəyə görə Azərbaycanda 300-dən artıq rusdilli məktəb var? Bunu zəruri edən obyektiv səbəblər hansılardır?
Bu 300 məktəbdə minlərlə müəllim işləməlidir. Onları yetişdirən ali təhsil ocaqları, məsələn, Slavyan Universiteti öz vəzifəsinin öhdəsindən gələ bilirmi? Həmin təhsil müəssisələrində çalışan şəxslərin bilik və bacarıq səviyyəsi nə dərəcədə tələblərə cavab verir? Uşaqların keyfiyyətli təhsil alması üçün standartlara cavab verən tədris vasitələrimiz varmı? Bütün bu suallara birmənalı “yox” cavabı vermək olar.
Söhbət rusdilli məktəblərin tam bağlanmasından getmir
Burada söhbət rusdilli məktəblərdən tam imtina olunmasından getmir. Azərbaycanda yaşayan rusdilli əhali var, diaspor mövcuddur. Məktəblərin sayı da onların tələbatına uyğunlaşdırılmalıdır. Rusdilli məktəblərin sayı rus icmasının üzvlərinin və rus dilində təhsil almaq istəyənlərin sayına uyğun olmalıdır. Dövlət büdcəsindən bu məktəblər üçün hər il xeyli vəsait ayrılır. Bu məktəblərin fəaliyyəti və göstərdiyi nəticələr ayrılan bu vəsaitə dəyirmi? Keyfiyyət göstəricisi, verilən təhsilin səviyyəsi, rusdilli məktəbləri bitirənlərin ali məktəblərə qəbul zamanı göstərdiyi nəticələr yüksəkdirmi?
Statistik məlumatlardan aydın olur ki, rusdilli məktəblərin məzunlarının ali məktəblərə qəbul zamanı göstərdiyi nəticələr Azərbaycan məktəblərinin məzunlarının nəticələrindən çox aşağıdır. Əgər rusdilli məktəblər fəaliyyəti ilə ciddi nəticə ortaya qoya bilmirsə, bu qədər məktəbin dövlət hesabına saxlanmasına nə ehtiyac var?
Rusiyada milyonlarla azərbaycanlının ana dilində neçə məktəbi var?
Bu gün Rusiyanın özündə də ana dilinin qorunub saxlanması, onun yad ifadələrdən təmizlənməsi məsələsi ən yüksək səviyyədə qoyulur və həlli istiqamətində məqsədyönlü tədbirlər görülür. Bizim də bu istiqamətdə lazımi tədbirlər görməyimizin vaxtı artıq çatıb.
Başqa bir məqam Rusiyada yaşayan azərbaycanlıların öz ana dilində məktəbləri məsələdir. Bəzi dairələr Rusiyada milyonlarla azərbaycanlının olduğu barədə məlumatlar səsləndirirlər. Gəlin görək milyonlarla azərbaycanlının ana dilində neçə məktəbi var? Milyonlarla azərbaycanlının ana dilində tək-tük məktəbi varsa, Azərbaycanda sayı o qədər çox olmayan etnik ruslar üçün 300-dən çox məktəbin saxlanması hansı məntiqə sığır?
Kim istəyir, rus dilini xarici dil kimi öyrənsin
Dövlətlər arasında münasibətlərdə bərabərhüquqlu yanaşma əsas şərtlərdən sayılır. Əgər Rusiya orada yaşayan azərbaycanlılara ana dilində təhsil imkanları yaratmağı düşünmürsə, niyə Azərbaycan da eyni məntiqdən çıxış etməsin? Moskva artıq anlamalıdır ki, SSRİ havasından, sovet stereotipindən qurtulmaq vaxtı çoxdan çatıb.
Bir daha vurğulayaq ki, məsələ rusdilli məktəblərin hamısının bağlanmasından getmir.
Sadəcə, belə məktəblərin sayı həddindən çox, faydası isə minimumdur. Odur ki, dövlət büdcəsi də bu faydasız xərclərdən qurtulmalıdır.
Kimsə övladının rus dilində təhsil almasını istəyirsə, xarici dil kimi öyrənsin. Necə ki, ingilis və digər dillər xarici dil kimi öyrənilir. Bu məqsədlə ayrı-ayrı dil kursları, tədris mərkəzləri mövcuddur. Bunun üçün yüzlərlə məktəb, minlərlə mütəxəssis saxlamağa ehtiyac yoxdur. Özü də dövlət büdcəsi hesabına...
OXŞAR XƏBƏRLƏR

Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Ölkəmizdə vəkillərin sayı 2609 nəfərə çatdı
Rus faşizmi - Putin Rusiyası bölgə üçün ciddi təhdidə çevrilib - Müharibə başladı
Prezidentlər Birgə Bəyanat imzaladılar
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirildi - FOTO
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55