Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Doğuş konsert verdi, Xoşqədəmdən, plastik əməliyyatlardan danışdı

Doğuş konsert verdi, Xoşqədəmdən, plastik əməliyyatlardan danışdı

Doğuş konsert verdi, Xoşqədəmdən, plastik əməliyyatlardan danışdı
2024-02-19 , 17:47

Türkiyəli müğənni Doğuş ötən gecə Maslak şəhərində konsert verib və jurnalistlərlə görüşüb.

Yenisabah.az xəbər verir ki, konsertdən öncə şəxsi həyatı ilə bağlı sualları cavablandıran Doğuş plastik əməliyyatla bağlı danışıb.
Müğənni sənəti ilə bağlı məsələlərə bir müddət ara verdiyini desə də, yenidən geri döndüyünü açıqlayıb:
“Bir az ara verdim, amma meydana qayıtdım. Bundan sonra da davam edəcəyik. Azərbaycandan İstanbula qayıtdım. Uşaqlarım gəlib-gedir, mən gedib-gəlirəm, beləcə, işləri çatdırırıq. Uşaqlar hazırda Azərbaycandadır”.
2014-cü ildə evləndiyi Xoşqədəm Hidayətqızı və xəyanət iddiaları ilə bağlı sualları cavablandıran müğənni bu barədə qısa danışıb:
"Şəxsi həyatımızla bağlı suallara, özəl müdaxilələrə səssiz qalırıq. Çünki məhkəməmiz davam edir. Zamanı gələndə açıqlama verəcəyəm".
Son zamanlar plastik əməliyyat etdirən kişi sənətçilərlə bağlı fikirlərini bölüşən Doğuş bunu kişilərə yaraşdırmayıb:
“Təəssüf ki, insanlar yaşlandıqca botoksa ehtiyac duya bilərlər. Amma estetik prosedurlar kişiləri korlayır. Mən bunu bəyənmirəm. Mənim sadəcə burnumda estetik var. Bunu da nəfəs ala bilmədiyim üçün, səhhətimə görə etmişdim. Bu, yeganə plastik əməliyyatımdır. Kişilər plastik əməliyyat etdirməz. Ehtiyacım olsa, gələcəkdə bəlkə plastik əməliyyat yox, botoks etdirəcəyəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.