Kadırovun səhhəti pisləşdi, hakimiyyət davası başladı – Yerinə üç nəfər iddialıdır
Çeçenistan lideri Ramzan Kadırovun vəziyyətinin ağır olduğu və bunun Moskvanı Rusiyanın qeyri-sabit bölgəsində hakimiyyətin problemsiz ötürülməsini təmin etmək üçün bütün səyləri göstərməyə məcbur etdiyi bildirilir.
Bildirilir ki, özünü Prezident “Putinin əsgəri” adlandıran Kadırov kəskin pankreatik nekroz və böyrək problemlərindən əziyyət çəkir, bu səbəbdən də ictimaiyyət qarşısına çıxışları getdikcə azalır. Çeçenistan lideri sonuncu dəfə bir həftədən çox əvvəl ictimaiyyət qarşısına çıxıb, o zaman da yorğun görünüb, əsa ilə yeriyib.
Keçən həftə xəbər verilmişdi ki, 2007-ci ildən hakimiyyətdə olan 49 yaşlı Ramzan Kadırov dekabrın 25-də Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən iclasda iştirak etmək üçün Moskvada olarkən xəstəxanaya yerləşdirilib. Çeçenlərin lideri iclasda iştirak etməyib, Kremlin yayımladığı rəsmi fotolarda da görünməyib. Çeçenistan rəsmiləri, daha sonra isə Kadırovun özü bu məlumatları təkzib edib.
Çeçenistan liderinin özü də ötən ay dolayı yolla səhhətinin ağır olmasına eyham vurub:
“Əgər şayiələrə inansaq, qocalığa çatmayacağam. Düzü, qocalığa çatmaq da istəmirəm. Məni hamının sevdiyi və hörmət etdiyi vaxtda ölmək istəyirəm”.
Nəşr yazıb ki, Ramzan Kadırov məhkəməsiz edamlar və işgəncələr də daxil olmaqla, çoxsaylı insan haqları pozuntularında ittiham olunur: “Səhhəti kəskin şəkildə pisləşib, hazırda Çeçenistanda özəl klinikada dializ müalicəsi alır”.
Məlumata görə, varislik məsələsi Kadırov üçün həyati əhəmiyyət daşıyır, onun əsas marağı ailəsinin uzunmüddətli təhlükəsizliyini təmin etməkdir. Kreml üçün də bu məsələ vacibdir, çünki əsasən müsəlmanların yaşadığı Çeçenistan üzərində maksimal nəzarəti saxlamaq istəyir.
“Hesab olunur ki, Kadırovlar ailəsinin təxminən 100 üzvü Çeçenistan administrasiyasında müxtəlif vəzifələr tutur ki, bu da Rusiyadakı bütün məmurlar arasında ən yüksək göstəricidir. İkinci yerdə Putindir, rus jurnalistlərinin məlumatına görə, o, 26 qohumunu rəhbər vəzifələrə təyin edib”, - məqalədə deyilir.
Nəşrin fikrincə, Ramzan Kadırov varis kimi üçüncü oğlu, 18 yaşlı Adamı hazırlayır. O, həm xarici görünüşü, həm də davranışları ilə atasına çox bənzəyir və son aylarda Təhlükəsizlik Şurasının katibi vəzifəsi də daxil olmaqla, bir çox postlara yiyələnib.
Digər oğlu Əhməd Kadırov da Çeçenistan administrasiyasında ən çox vəzifə daşıyan şəxslərdən biridir. Artıq idman naziri və regional gənclər məsələləri üzrə nazir olan Əhməd bu ay Çeçenistanın baş nazirinin müavini təyin edilib.
Qafqaz üzrə ekspert Harold Çembers bildirib ki, ailə üzvlərinin vəzifələrə gətirilməsi Kadırov administrasiyasına Rusiya xüsusi xidmət orqanlarından artan təhdidlərə cavabdır, onlar Çeçenistandakı rejimi daha itaətkar rəhbərlə əvəzləmək istəyirlər:
“Məhz bu amil, eləcə də səhhətinin pis olması Kadırovu oğullarının daha yüksək siyasi vəzifələrə sürətlə irəli çəkilməsinə vadar edir”.
Məlumata görə, Moskvada Kadırovun mümkün varisi kimi çeçen hərbi komandir Apti Alaudinov və ya sərt xətti ilə tanınan Çeçenistan parlamentinin deputatı Adam Dəlimxanov üstün tutulur.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Maral Qocamanın gizli oyunları – SENSASİON AÇIQLAMALAR
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Ölkəmizdə vəkillərin sayı 2609 nəfərə çatdı
Kadırov təcili xəstəxanaya yerləşdirilibmiş
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55