Sumqayıt Teatrında Sabir Rüstəmxanlının yubileyinə yeni tamaşa hazırlanır
Sumqayıt Dövlət Dram Teatrında Xalq şairi, “Şöhrət” və “Şərəf” ordenli görkəmli ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında yazıçının “Sürgün sevgi” əsəri əsasında eyniadlı iki hissəli milli faciə janrında yeni tamaşa hazırlanır
“Sürgün sevgi” XX əsrin müxtəlif tarixi mərhələlərində Azərbaycan xalqının üzləşdiyi ağır sınaqlardan bəhs edir. Tamaşada 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə hökm sürən ictimai-siyasi gərginlik, xaos, vətəndaş qarşıdurması və həmin dövrün ağır ictimai reallıqları bədii müstəvidə əks olunur.Səhnə əsərində eyni zamanda 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlətçiliyin qorunması istiqamətində atdığı addımlar, eləcə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan və çətin dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti bədii şəkildə təqdim edilir.
Tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Cəlal Məmmədov, Elmira Kərimova, Fəranə Musayeva, İlahə Səfərova, Vidadi Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Vəfa Qurbanova, Rövşən Əsgərov, Elay Xasıyev, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Cavanşir Eyyubzadə, Şəms Abdullayeva, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Şəhla Məmmədova, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı müxtəlif obrazları canlandırırlar.
“Sürgün sevgi” tamaşasının növbəti teatr mövsümündə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində teatrsevərlərə təqdim olunması planlaşdırılır.













OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Sumqayıt Dövlət Dram Teatrında yeni uşaq tamaşası hazırlanır
Xalq artisti Valeh Kərimov uzun fasilədən sonra səhnədə
Sumqayıt Teatrından uşaqlara 1 İyun sürprizi
“Sonuncu qonaq” tamaşasının premyerası olub
Tanınmış ziyalılar Mehriban Əliyevaya müraciət etdilər
Azərbaycanda sosial müavinətlər artırıldı (FƏRMAN)
Sumqayıt Teatrında “Gəlinlərin savaşı” olacaq
İlham Əliyev Bakıda açılış mərasimində - Fotolar - Yenilənib
Prezident XIII Qlobal Bakı Forumunun AÇILIŞINDAYENİLƏNİB
2025-ci ildə aramızdan ayrılan tanınmış simalar - SİYAHI
Yoqa, gilas, Qaçaq Nəbi... - Nə ilə yadda qalıblar?
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur 2026-07-12 , 16:09
Psixoloqlara görə bir kişinin sevgisinin azaldığını göstərən 4 əsas əlamət 2026-07-12 , 16:08
Sumqayıtda tikintidən şikayət: "Göydən armatur yağır, daş tökülür" 2026-07-12 , 15:58
İnsanlar niyə "bədbəxt münasibətlərdə" qalmaqda davam edirlər? - Psixoloq rəyi 2026-07-12 , 15:57
Sumqayıtda iki ay əvvəl açılan parkın son vəziyyəti… 2026-07-12 , 15:56
“Gözümə gün düşdü” - Aşan avtobusun sürücüsü danışdı+Video 2026-07-12 , 14:10
Tünzalə qızı ilə "Disneyland"də - Fotolar+Video 2026-07-12 , 14:07
Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı 2026-07-12 , 14:01
Şəbnəm Tovuzlu tanınmaz halda - VİDEO 2026-07-12 , 13:58
Hacıqabulda sərnişin avtobusu aşdı - 30-dan çox yaralı var 2026-07-12 , 13:50
İran ABŞ bazalarını atəşə tutdu 2026-07-12 , 13:45
Dünyanı şoka salan ildırım görüntüsü - VİDEO 2026-07-12 , 13:44
Müctəba Xamenei atasının dəfn mərasimində niyə iştirak etməyib? 2026-07-12 , 13:41
Qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı 2026-07-12 , 13:38
“Rihanna əkiz uşağa hamilədir” 2026-07-12 , 13:34
Tramp üçün ABŞ-dən Ankaraya tualet gətirilib? - VİDEO 2026-07-11 , 23:29
“Daha yumruq dövrü olmayacaq” - VİDEO 2026-07-11 , 23:20
Dəmir yolu vağzalında NARAZILIQ: Bilet tapmaq olmur – Video 2026-07-11 , 23:18
Atamın qisası alınacaq! – Xamenei hədələdi 2026-07-11 , 23:17
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda ürəyim sevinir 2026-07-11 , 20:50
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi 2026-07-11 , 20:30
İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 2026-07-11 , 20:30
"Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır" - Prezident 2026-07-11 , 20:30
Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir 2026-07-11 , 20:20
İlham Əliyev Quzeyxırmanda - FOTOLAR
Bu, artıq keçmişdə qaldı - İlham Əliyev 2026-07-11 , 19:20
Prezident: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb 2026-07-11 , 19:10
İlham Əliyev “Xankəndi” hotelinin açılışında - FOTOLAR 2026-07-11 , 18:30
Prezident onlara qonaq getdi - FOTOLAR 2026-07-11 , 18:30
Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 2026-07-11 , 17:40
''Arzum”un anası Bakıya gəldi - Mərhumun ailəsindən CAVAB 2026-07-11 , 17:09
"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram" - VİDEO 2026-07-11 , 17:00
İlham Əliyev Laçında açılış etdi - Fotolar 2026-07-11 , 16:52
Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - Fotolar 2026-07-11 , 16:50
Prezident “Yasəmən” hotelin yeni korpuslarını gəzdi - Fotolar 2026-07-11 , 16:49
Prezident “Sadıqcanın evi”ndə - Fotolar 2026-07-11 , 16:47
İlham Əliyev Şuşanın bu kəndində sakinlərlə görüşdü 2026-07-11 , 16:45
Şuşa Media Forumu: Qlobal media dialoqunun Azərbaycan platformas
2026-07-11 , 14:29
Şuşadan dünyaya uzanan media dialoqu: qlobal trendləri qabaqlayan strateji baxış 2026-07-11 , 14:02
Gəncə səmasından İspaniya savaşına: unudulmuş aviatorlar
2026-07-11 , 13:24
Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO 2026-07-11 , 10:07
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi 2026-07-11 , 10:02
Bayram Səfərovun bacısına vəzifə verildi 2026-07-11 , 10:01
“Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama 2026-07-11 , 09:46
Dünya media trendlərinin gələcəyi Qarabağda müzakirə olunur 2026-07-11 , 09:44
Peyk görüntüləri üzə çıxardı - İranın nüvə obyektlərində təmir gedir 2026-07-11 , 09:41
Crescent Mall-da nə baş verir? – VİDEO 2026-07-11 , 09:40
Kişi boşandığı arvadını niyə öldürür? 2026-07-11 , 09:38