“Azdrama”da Əli Nur niyə döyüldü, İlham Rəhimli Şuradan çıxarıldı? – Mehriban Ələkbərzadədən SƏRT CAVAB
Son vaxtlar Akademik Milli Dram Teatrının (“Azdrama”) adı yalnız qalmaqallarda hallanır. Bu dəfə teatr görünməmiş dava ilə gündəmə gəldi. Mədəniyyət məbədindən çox, münaqişə məkanını xatırladan “Azdrama” bu dəfə təkcə sözlə deyil, yumruqlarla da silkələndi.
Teatrın bir əməkdaşı Musavat.com-a açıqlamasında deyib ki, həmin gün Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib.
İclas zamanı bədii rəhbər Mehriban Ələkbərzadə teatrşünas İlham Rəhimlinin Bədii Şuranın üzvlüyündən çıxarıldığını bəyan edib. Səbəb isə İlham Rəhimlinin teatr və şəxsən bədii rəhbərin ünvanına dediyi sərt, tənqidi fikirlər olub.
İddialara görə, İlham Rəhimlinin Şuradan çıxarılmasına etiraz edən Xalq artisti Əli Nurla Əməkdar artist Füzuli Hüseynov arasında gərginlik qızışıb. Gərginlik fiziki qarşıdurmaya çevrilib – Əli Nur döyülüb. Hətta onları ayırmağa çalışan Xalq artisti Sabir Məmmədov da zərbələrdən yan keçə bilməyib və bir neçə yumruq ona da dəyib.
Baş vermiş dava ilə bağlı Xalq artisti Əli Nur Musavat.com-a açıqlama verərək olanları təkzib edib, əlbəyaxa dava deyil, mübahisə yaşandığını deyib.
Məsələ ilə bağlı teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə Musavat.com-a danışıb.
O, teatrşünas İlham Rəhimlinin Bədii Şura üzvlüyündən çıxarıldığını təsdiqləyib:
“Bədii Şura üzvlüyü hər il seçilir və bu vəzifə bir illik müddəti əhatə edir. Müddət başa çatdıqda heyət yenidən formalaşdırılır. Bu il seçilən heyət gələn il dəyişəcək. Burada qeyri-adi heç nə yoxdur. Heç kim Bədii Şuranın daimi üzvü ola bilməz. Söhbət, əlbəttə ki, Şuraya dəvət olunan şəxslərdən gedir. Burada həm teatrın əməkdaşları, həm də teatr rəhbərliyi tərəfindən dəvət olunan şəxslər yer alır.
Hər dəvət olunan şəxsə bu barədə əvvəlcədən məlumat verilir ki, onların üzvlüyü bir il müddətinə nəzərdə tutulub. Teatrın işinə müsbət təsir göstərə biləcək və real nəticə verə biləcək şəxslər mütəmadi olaraq Şuraya dəvət edilir. Hər il təxminən 3-4 yeni şəxs Şuraya daxil edilir.
Ötən il dəvət olunan şəxslər arasında İlham Rəhimli, Məryəm Əlizadə, Rəşad Məcid və Şəfiqə Məmmədova da var idi. Məryəm Əlizadə də Şura üzvlüyündən çıxıb – bəs niyə onun adını çəkmirsiniz?
O ki qaldı davanın baş verməsinə, bu, tamamilə əsassız, uydurma söhbətdir və artıq təkzib olunub. Bu, sadəcə şayiə və qarayaxmalardır – olub, olacaq da”.
Teatrşünas İlham Rəhimli saytımıza bu haqda danışmaq istəmədiyini deyib.
Xatırladaq ki, “Azdrama”nın mətbuat katibi Cavid Zeynallı qalmaqal ilə bağlı açıqlama verərək bildirib ki, mübahisə yaradıcılıqla bağlı olub:
“Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii Şuranın iclası keçirilib. İclas zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaranıb.
Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Yəni yaradıcılıqla bağlı. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda 3 tamaşanın məşqi aparılır, hüquq-mühafizə orqanına müraciət faktı qeydə alınmayıb”.
Onu da qeyd edək ki, teatrşünas İlham Rəhimli 2023-cü ildə yeni formalaşan Bədii Şuranın üzvü seçilib.
OXŞAR XƏBƏRLƏR

“Azdrama”da aktyorlar əlbəyaxa dalaşıb?
Mehribanlar bir-birini niyə qırır?
"Sən hocaların əlini-ayağını öpməyə davam et" - QALMAQAL
"Siz gəlib bizi yetim qoydunuz"
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55