Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı
2026-07-12 , 14:01

Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

İdarədən verilən xəbərə görə, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.
Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə yolun sol kənarındakı beton arakəsmələrə dəyib, daha sonra aşıb.
Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.