Yenilik.Az
www.Yenilik.Az » Maqazin » "Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram" - VİDEO

"Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram" - VİDEO

2026-07-11 , 17:00

Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Yenilik.az xəbər verir ki, aktrisa "İki başlı" proqramında heç vaxt avtomobil idarə etmədiyini deyib. O, sürücü ilə hərəkət etməyi sevdiyini bildirib:
"Ömrümdə maşın sürməmişəm. Sürə də bilmirəm. Bir dəfə filmdə Fərda Xudaverdiyev və Nicat Rəhimovla çəkiliş zamanı maşın sürdüyüm səhnə var idi. Maşın gedirdi, qarşıdan da avtomobillər gəlirdi. Maşının sahibinin rəngi ağardı. Fərda tez əlini atdı. Həm qorxuram, həm də mənə maraqlı deyil. Xidməti sevirəm. Burada saxlamaq olmaz, orada düş, hündürdabanla gəl, o tərəfə get... Nəyimə lazımdır?".
Aktrisa ev işlərinə çox vaxt ayırmadığını da qeyd edib. O, uzun müddətdir mətbəxə girmədiyini və alış-veriş etmədiyini söyləyib:
"Çoxdandır mətbəxə girmirəm. Vaxtım yoxdur. İnanın ki, saçımı daramağa belə vaxt tapmıram. Ancaq salonda saçımı fenlətdirirəm. Bazarlıq da etmirəm. Sürücümüz var, bütün hər şeyi o alır. Artıq 20 ildən çoxdur bazarlığı edir".Axşam.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.