“Pulun varsa, haqlısan” dövrü bitdi? – “Bu qərar piyadalara siqnal olmalıdır...”
Son dövrlərdə Azərbaycan məhkəmələri tərəfindən çıxarılan qərarlar yol-nəqliyyat hadisələrinin hüquqi qiymətləndirilməsində yeni bir səhifə açır. Uzun illər boyu formalaşmış "avtomobil yüksək təhlükə mənbəyidir, ona görə də sürücü hər bir halda məsuliyyət daşıyır" yanaşması, yerini hadisənin real texniki imkanlar və tərəflərin qarşılıqlı məsuliyyəti müstəvisində araşdırılmasına verir. Nizami və Binəqədi rayonlarında baş vermiş hadisələr üzrə çıxarılan qərarlar bu dəyişikliyin bariz nümunəsidir.
Qəza Bakıda, Ayna Sultanova heykəlinin yaxınlığında baş vermişdi və 1 nəfərin ölümü ilə nəticələnmişdi.
Rayon mıəhkəməsinin hakimi Aynurə Sadıqova prosesdə iş üzrə təqsirləndirilən sürücü Cavid Əsgərovun günahsız olduğunu müəyyən etmişdi. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. Mərhum digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb. Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib və ona bəraət vermişdi.
Məhkəmənin qərarı piyadanın yolu "zebra"dan kənarda, digər avtomobilin qarşısından qəflətən qaçaraq keçməsi nəticəsində baş verməsi "qarşısıalınmazlıq" prinsipini ön plana çıxarmışdı. Əgər sürücü yol hərəkəti qaydalarını pozmayıbsa və piyadanın qəfil hərəkəti nəticəsində toqquşmadan yayınmaq üçün fiziki-texniki imkanı olmayıbsa, o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu, piyadaların da yol hərəkətinin bərabərhüquqlu və məsuliyyətli subyekti olduğu faktını təsdiqləyir.
Bu günlərdə Ali Məhkəmədə Ələsgər Novruzovun sədrliyi ilə sürücü Elməddin Məmmədovun kasasiya şikayəti araşdırılıb. Məlum olub ki, 4 uşaq atası olan Elməddin Məmmədov qəzadan sonra zərərçəkmişə ilk yardım göstərib. Sonradan isə onun qəbir yerinin alınması, dəfn xərclərini çəkib. Buna baxmayaraq mərhumun yaxınları sürücüdən 70 min pul tələb ediblər. Sürücü günü 20 manata işlədiyini desə də, 15 min manat təklif etsə də, qarşı tərəf tələbindən geri çəkilməyib, sürücüdən şikayət etməklə barışmaqdan imtina ediblər.
İlkin instansiya barışığın olmadığını əsas gətirməklə sürücünün barəsində maksimum cəza həddinə yaxın cəza təyin edib. Apelyasiya instansiyası da həmin cəzanı qüvvədə saxlayıb. Ali Məhkəmə isə zərərçəkmiş tərəfin barışıq üçün qeyri-real məbləğ – 70 min manat tələb etməsi sürücünün iradəsindən kənar hal kimi qiymətləndirməsi inqilabi addımdır.
Məhkəmə müəyyən etdi ki, barışığın yalnız yüksək pul müqabilində mümkün olması sürücünün mənfi xarakteristikası kimi qəbul edilə bilməz. Maddi imkansızlıq ucbatından barışığın əldə olunmaması, şəxsin daha ağır rejimli həbsxanaya göndərilməsinə əsas vermir. Ali Məhkəmə sürücünün kasasiya şikayətini təmin edib. Nəticədə Elməddin Məmmədovun cəzası 5 il 1 aydan 4 il 6 aya endirilib. Təqsirləndirilən şəxs cəzasını məntəqətipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, bu 2 qərarın təhlili göstərir ki, Azərbaycan hüquq sistemində müəyyən dəyişikliklər var:
“Ali Məhkəmənin qərarında yol qəzaları kontekstində ağrılı bir məsələyə toxunulub. Adətən qəzalardan sonra ortaya “barışıq alveri” çıxır. Təsəvvür edin, ortada bir bədbəxt hadisə var, ehtiyatsızlıqdan ölüm baş verib. Sürücü diz çökür, yalvarır, günahını boynuna alır, imkanı daxilində kompensasiya ödəyir. Amma qarşı tərəf nə deyir? Yox, 70 min ver, yoxsa səni türmələrdə çürüdəcəyəm. Bu nədir? Bu artıq barışıq deyil, bu açıq-aşkar bazardır! Ali Məhkəmə həmin qərarı ilə çox böyük bir ədalətsizliyin qarşısını aldı. Məhkəmə dedi ki, sürücünün barışmaq üçün səmimi cəhdi varsa, amma qarşı tərəf onun imkanı xaricində, astronomik məbləğlər tələb edirsə, bu artıq sürücünün günahı deyil. Sırf pulu yoxdur deyə bir adamı daha ağır rejimli türməyə göndərmək olmaz. Bu qərar övladına çörək pulu qazanarkən qəzaya düşən o kasıb sürücülərin “pulun varsa, haqlısan” sistemindən xilasıdır.
Yol hərəkətinin hər bir iştirakçısı bilməlidir ki, yol hərəkəti təhlükəsizliyi birtərəfli deyil. Piyadanın qayda pozuntusu sürücünün bəraətinə yol açan əsas amil kimi qəbul edilir. Zərərçəkmiş tərəfin barışıq üçün irəli sürdüyü şantaj xarakterli və ya reallıqdan uzaq maddi tələblər artıq sürücünün cəzasını ağırlaşdıran vasitə ola bilməz. Sürücünün qəzanın qarşısını almaq üçün real imkanının olub-olmaması ədalətin əsas sütununa çevrilir. Bu yanaşma həm sürücüləri əsassız ittihamlardan qoruyur, həm də piyadaları yollarda daha diqqətli və məsuliyyətli olmağa sövq edir. Nəticə etibarilə yol mədəniyyətimizdə qısa yol yox, qanuni yol prinsipi üstünlük təşkil etməyə başlayır”.
Cavad Cavadov qeyd edib ki, illərdir piyada yolu haradan gəldi keçir, özünü maşının altına atır, amma sonda bədbəxt sürücü olan-qalanını satıb türmədən qurtulmağa çalışır:
“Binəqədi Rayon Məhkəməsinin çıxardığı o bəraət hökmü, sadəcə, bir kağız parçası deyil, o, Azərbaycanın yol mədəniyyətində yeni bir erasının başlanğıcıdır. Hakim Aynurə Sadıqova çox cəsarətli və hüquqi baxımdan tam ədalətli addım atıb. Nə deyir məhkəmə? Deyir ki, əgər sən piyada olaraq qaranlıqda, “zebra” olmayan yerdən, hələ üstəlik, digər maşının qarşısından qəfil qaçaraq yola çıxırsansa, orada sürücü neyləməlidir? Sürücü sehrbaz deyil ki, maşını uçursun! Fizika qanunları var, tormoz yolu var. Sürücünün reaksiya verməyə fiziki imkanı yoxdursa, onu niyə həbsə atmalıyıq?
Bu qərar bütün piyadalara siqnal olmalıdır. Yol hərəkətinin hər bir iştirakçısı bilməlidir ki, yolu haradan gəldi keçmək, öz həyatınla yanaşı, sürücünün də taleyini məhv etmək deməkdir. Amma artıq qanun sürücünün də haqqını tanıyır. Bəli, yol hamımızındır. Amma məsuliyyət də hamımızındır. Piyada da bilməlidir ki, onun səhlənkarlığı artıq sürücünün ağır cəzalanması həbsi ilə nəticələnməyə bilər. Qanun qarşısında hamı bərabərdir. Hakimlər də yol qəzaları ilə bağlı ədalətli qərar verməkdən çəkinməməlidirlər. Bu, yollarımızda intizamın artmasına, sürücülərin isə qanuna daha çox güvənməsinə səbəb olacaq”.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
4 milyonluq işdə yüksək vəzifəli şəxslərin adı hallanır – Biri Federasiya prezidentidir
Prezident XIII Qlobal Bakı Forumunun AÇILIŞINDAYENİLƏNİB
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14