Yol Polisi Hacıqabuldakı avtobus qəzası ilə bağlı məlumat yaydı
Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtomobil idarəetmədən çıxaraq, əvvəlcə yolun sol kənarındakı beton arakəsmələrə dəyib, daha sonra aşıb.
Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
