Təbriz niyə ölümə tərk edilib? - Anası narazıdır
Yenicə ata olan 34 yaşlı Təbriz Şəfiyevin yol qəzasında ölməsi ilə bağlı məhkəmə prosesi gərgin başlayıb.
Nə baş verib?
Ötən ilin avqustunda Təbriz Şəfiyevin idarə etdiyi avtomobil Suraxanı rayonunun Heydər Əliyev prospektində (Aeroport yolu) qəfil nasaz vəziyyətə düşür. Təbriz yolun kənarında dayanıb nə baş verdiyini müşahidə edən zaman arxadan gələn başqa nəqliyyat vasitəsi onun avtomobilinə çırpılır, zərbənin təsirindən digər yola düşən Təbrizi bu dəfə ikinci maşın vurur. Hadisədən bir az sonra Təbriz həyatını itirir.
Ananı narazı salan məqamlardan birincisi qəzada iştirak edən sürücülərdən birinin məsuliyyətdən kənarda qalmasıdır. Hazırda mərhumun avtomobilinə çırpılan “Toyota Corolla”nın sürücüsü Mircəlil Əzizli cinayət məsuliyyətinə cəlb edilib. Araşdırma zamanı məlum olub ki, onun, ümumiyyətlə, sürücülük hüququ olmayıb, avtomobili sahibinin icazəsi olmadan idarə edib.
Xəbəri rus dilində oxuyun: Смерть, которой можно было избежать - скандальный суд в Баку
Bu əməlinə görə M.Əzizliyə Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə ittiham verilib, lakin məhkəməyə qədər həbs edilməyib.
Hadisədə iştirak edən ikinci şəxs - “Mercedes-Benz 230” markalı avtomobilin sürücüsü Bəxtiyar Rəhimli isə zərərçəkmiş tərəfə tam aydın olmayan səbəbdən istintaqdan kənarda qalıb.
Cinayət işində ən vacib və həssas məqamlardan biri isə mərhumun hadisə baş verən kimi deyil, bir müddət sonra uzunmüddətli kəskin qanaxmadan vəfat etməsidir. Bunun səbəbi kimi hadisədə iştirak edən sürücülərin təcili tibbi yardıma zəng etməməsi göstərilir. Əvəzində hadisə yerinə toplaşan şəxslər təsadüfən yoldan keçən təcili tibbi yardım avtomobilindən kömək istəyiblər. Lakin həkimlər başqa çağırışa getdiklərini bildirərək ölümcül vəziyyətdə olan gəncə yardım etməyiblər.
Bunu təsdiq etmək üçün TƏBİB-ə vəkil sorğusu göndərilib. Sorğuya verilən cavabda isə həmin gün hadisə ilə bağlı təcili tibbi yardıma çağırış daxil olmadığı bildirilib.

Bütün bunlar “bəlkə də vaxtında tibbi yardım göstərilsəydi, gəncin həyatını xilas etmək olardı” ehtimalını gücləndirir.
Hazırda bu cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Amma məhkəmənin ilkin mövqeyi də zərərçəkmiş tərəfi narazı salıb.
Hazırlıq iclasında mərhumun hüquqi varisi qismində tanınmış anası Nərgiz Şəfiyevanın vəkili Sadiq Rəsulov yuxarıda qeyd olunan məsələlərin araşdırılması üçün işin ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmasını xahiş edib.
Vəkil hesab edir ki, ibtidai istintaq müddətində iş üçün vacib olan əhəmiyyətli məsələlərə aydınlıq gətirilməyib, çoxsaylı suallar açıq qaldığı halda məhkəmə istintaqının başlanılması isə qanunauyğun deyil: “Ortada cavablandırılmamış suallar var. Məsələn, hadisədə iştirak edən ikinci sürücü hansı əsasla kənarda qalıb? Cinayət işində mərhumun kəskin və çoxlu qanitirmədən öldüyü göstərilib. Yəni şəxsin kimlərinsə səhlənkarlığı və ya məsuliyyətsizliyi səbəbindən ölməsi ehtimal olunur. Lakin hadisədən sonra tibbi yardıma müraciət edilib-edilmədiyi, yardımın nə qədər gec gəldiyi və ümumiyyətlə, nə vaxt göstərildiyi araşdırılmayıb. Bundan əlavə, müstəntiq ilkin istintaqı tez-tələsik yekunlaşdırıb, iş materialları ilə tanış olmağa imkan verməyib. Bizə şərait yaradılmalı idi ki, vəsatətlərimizi verək. Amma tam əksi, ananı aldadıb tez işi bitiriblər. Bir də xəbərimiz oldu ki, iş artıq məhkəməyə verilib. Bunlar hamısı prosessual qaydaların pozulmasıdır”.

Oğlunu itirən ana isə indi yalnız ədalətli araşdırma istəyir: “Zəngilandan köçkün düşəndə əsir düşməmək üçün oğlumu qucağıma alıb özümü Araz çayına atdım. Birdən uşaq əlimdən çıxdı, çay apardı. Bunu görən iranlı suya atılıb uşağımı xilas etdi. Uzun illər yataqxanalarda min bir məhrumiyyətlə böyüdüb boya-başa çatdırdığım oğlumu itirmişəm. Xahiş edirəm, bu iş düzgün araşdırılsın. Yeganə istəyim budur”.
Müşavirədən sonra Eldar İsmayılovun sədrlik etdiyi məhkəmə kollegiyası ibtidai istintaq zamanı hər hansı kobud qanun pozuntusuna yol verilmədiyini bildirərək vəsatəti rədd edib. İş məhkəmə baxışına verilib.
Zərərçəkmiş tərəf məhkəmənin qərarı ilə razılaşmır. Nərgiz Şəfiyeva Məhkəmə-Hüquq Şurasının sədrinə müraciət edib. Ana oğlunun işi ilə bağlı hər hansı qanun pozuntusuna yol verilmədən, tam ədalətli araşdırma aparılmasını xahiş edib.
***
Cinayət işinin ibtidai istintaqını aparan orqandan məsələyə münasibət bildirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimovun hadisə ilə bağlı açıqlaması belə olub:
“Ötən ilin avqustunda Bakı şəhəri, Suraxanı rayonu, Heydər Əliyev prospektində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Araşdırmalarla müəyyən edilib ki, qəza zamanı dünyasını dəyişən Təbriz Şəfiyev hadisədən əvvəl idarə etdiyi avtomobilin nasaz olması səbəbindən birinci zolaqda saxlayıb. Bu zaman həmin zolaqla hərəkətdə olan sürücü Mircəlil Əzizli idarə etdiyi “Toyota” markalı avtomobil ilə T.Şəfiyevin avtomobilinin arxa hissəsinə çırpılıb. Nəticədə maşının ön hissəsində olan T.Şəfiyev zərbənin təsirindən ikinci zolağa düşüb və bu zaman həmin zolaqda hərəkətdə olan Bəxtiyar Rəhimlinin idarə etdiyi “Mercedes” markalı avtomobilin alt hissəsində qalaraq hadisə yerində ölüb. Qəza zamanı həmçinin sürücü M.Əzizlinin idarə etdiyi avtomobil digər bir sürücü Mehrac Zeynallıya məxsus “Mersedes” markalı nəqliyyat vasitəsi ilə də toqquşub. Faktla bağlı başlanan cinayət işinin istintaqı zamanı avtotexniki ekspertizalar təyin edilib. Ekspertizanın yekun rəyi zamanı hadisə zamanı sürücü M.Əzizlinin qəzanın qarşısını almağa texniki imkanının olduğu, digər iki sürücününü isə hadisənin qarşısını almağa texniki imkanlarının olmadığı barədə yekun ekspert rəyi verilib. 26 dekabr 2025-ci il tarixdə sürücü M.Əzizli Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib. 14.02.2026-cı il tarixdə yekun ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib. Cinayət işi hazırda məhkəmə baxışındadır”.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Gəncədə “Müasir Konstitusiyamızın banisi Ulu Öndər Heydər Əliyev” mövzusunda elmi-praktiki konfrans keçirildi - FOTO
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14