“Nə dişimi müalicə edir, nə də pulumu qaytarır”
“Həm özümün, həm də anamın diş müalicəsi üçün həkimə güvənərək öncədən ödəniş etmişəm. Stomatoloq işləri icra etməyib və artıq bir ildir ödənişi geri ala bilmirəm”.
Onun iddialarına görə, həkim Zeynalabdin Allahyarovun onlara ümumi 5140 manat borcu var: “2024-cü ilin mayında anamın dişlərinin müayinə və müalicəsi üçün Yasamal rayonu, Mirəli Seyidov 19A ünvanında yerləşən “Loft Dent – Stomatoloji Klinika”sında həkim-stomatoloq vəzifəsində çalışan, Zeynal adı ilə tanınan Allahyarov Zeynalabdin Məmməd oğluna müraciət etmişdim. Müayinələrdən sonra 6 ədəd implant və 24 ədəd dişin düzəldilməsinə razılaşdıq. Anamın dişlərinin düzəldilməsinə görə onun göndərdiyi kart hesabına öncədən 4800 manat ödəniş etmişəm. Bundan sonra həkim 6 ədəd implant əməliyyatını icra etdi. Əməliyyatdan sonra damağın sağalması üçün təxmini 3 ay müddət lazım olduğundan, daha sonra öz dişlərimin müalicəsi üçün Zeynal həkimə müraciət etdim. Özüm üçün 1 ədəd implant və 4 ədəd diş qapağı-zirkon üçün ümumilikdə Zeynal həkimin göndərdiyi kart hesabına 1490 manat ödəniş etmişəm. Bunlardan mənim üçün yalnız 1 ədəd implant əməliyyatı icra olunub”.
Vətəndaşın sözlərinə əsasən, həm anası, həm də özü damaq sağaldıqdan sonra dəfələrlə adıçəkilən həkimə müraciət etsələr də, stomatoloq müxtəlif bəhanələr gətirib: “Gah pnevmoniya olduğundan xaricdə müalicə aldığını bildirir, gah da ünvanını dəyişdiyini və yeni bir mərkəzə köç ilə əlaqədar zamana ehtiyacı olduğunu bildirərək özünə əlavə zaman qazandırırdı. Uzun müddətdən sonra Mövsüm Sənani 139a ünvanında yerləşən “Face art Clinic”də fəaliyyət göstərdiyini bildirdi və bizi ora çağırdı. Hər dəfə gəldiyimizdə heç bir iş icra etmir, diş texnikləri tərəfindən xətalı dişlər hazırlandığını bəhanə gətirərək təkrar ölçülər götürürdü. 2-3 dəfə bizi qəbul etdikdən sonra yenidən nə zənglərə, nə də mesajlara cavab verdi. Daha sonra klinikadan məlumat almaq istədiyimizdə onun artıq burada da işləmədiyini bildirdilər. Uzun müddətdən sonra nəhayət onunla əlaqə saxlaya bildim və özünə şəxsi klinika açdığını, bizi ora çağıracağını bildirdi. Bütün bu olanlardan sonra həkimə artıq inanmadığımı bildirdim və icra olunmamış işlərin ödənişini geri qaytarmağını tələb etdim. Bu tələbdən sonra həkim yenə nə zənglərə, nə də mesajlara cavab verirdi. Bir müddət aradan sonra öyrəndim ki, Zeynal həkim Bakı şəhəri, Kaveroçkin küçəsi 127 ünvanında yerləşən “L.A Dent Stomatoloji klinika”da fəaliyyət göstərir. Klinikada üz-üzə görüşümüz zamanı ödənişi geri qaytaracağını bildirsə də, bu günə kimi etməyib”.
.jpg)
Orxan Əliyev deyir ki, aldığı məlumata görə, həkimin bu hərəkətlərindən şikayətçi olan tək o deyil. Belə ki, xeyli sayda pasiyentin başına oxşar hadisə gəlib: “Son işlədiyi klinikaya gedən zaman narazı pasiyentləri görərək əyanı şahid oldum. Həkim də buna görə klinikaya gəlmirdi. Həkimin ödənişi geri qaytarmaması səbəbindən və mənim əlavə vəsaitim olmadığından nə anamın, nə də öz dişlərimin müalicəsini başqa yerdə icra edə bilirəm. Natamam işlər səbəbindən anamın damağında qanaxmalar, yaralar, çirklər və implantda əyilmələr, həmçinin məndə qapaqöncəsi hazırlıqlar (diş kanallarında müalicələr, diş yonulmaları, plomblar) etdiyimdən və nəticədə dişlərim kövrək olduğundan, artıq dişlərimdə zədələnmələr və çürümələr baş verir.
Həmçinin başqa bir həkimə müraciət etdiyim zaman anam üçün icra olunmuş implant əməliyyatlarında ciddi səhvə yol verildiyindən, çənəyə olunan 4 ədəd implant sökülməli, yerinə sümük köçürülmə əməliyyatı icra olunmalı, daha sonra yeni implantlar qoyulmalıdır ki, bunlar da mənim xərclərimi daha da artırır”.
Şikayətçi həkimlə sonuncu dəfə mayın 20-də danışa bilib. Z.Allahyarov ona ödənişi edəcəyini desə də, pulunu geri qaytarmayıb. Buna görə də o, şikayət ərizəsi ilə polisə müraciət edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaş Orxan Əliyev şikayəti üzrə polis orqanına dəvət edilib: “Araşdırmalarla məsələnin mülki xarakterli olması müəyyən edildiyindən məhkəməyə müraciət etməsi tövsiyə olunub”.
Şikayətlə əlaqədar həkim-stomatoloq Zeynalabdin Allahyarovla da əlaqə saxladıq. O, məsələyə münasibət bildirmək istəmədi, iddialar haqda şikayətçinin özü ilə danışacağını əlavə etdi.
OXŞAR XƏBƏRLƏR

"Haber Global" siyahının ƏN DİBİNDƏ? - Elnur Abdullayevin böyük büdcəli layihəsinə nə olub? 2026-07-20 , 06:24
Valideyn–uşaq münasibətlərində sağlam ünsiyyət: Psixoloji inkişafın təməl daşı 2026-07-20 , 02:24
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18