“Özümü məhkəmənin qabağında yandırmalı olsam belə...” məşhur milyonçunun gəlini süründürməçiliyə üsyan etdi
Sabah, Bakı Apelyasiya Məhkəməsində hakim Fuad Babayevin sədrliyi ilə oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin şikayəti üzrə məhkəmə prosesi davam etdiriləcək. Orxan İsmayılzadə Sabunçu Rayon Məhkəməsinin qərarından narazıdır.
Musavat.com xatırladır ki, Sabunçu Rayon Məhkəməsi təqdim olunan sübutlar əsasında Fidan Abbasovanın qızının atasının Orxan İsmayılzadə olması barədə qərar verib. Məhkəmənin gedişatında Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi üçün qərardad çıxarıb. Orxan İsmayılzadə atalıq testindən keçməkdən yayınıb. Qızının saxlanılması üçün aliment ödəməkdən də imtina edib. Sabunçu Məhkəməsinin qərarına görə Orxan İsmayılzadə hər ay 500 manat aliment ödəməlidir. O, Sabunçu Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bu məhkəmə instansiyası da obyektiv qərar çıxarılması üçün Orxan İsmayılzadənin bioloji qohumluğun təyini – atalıq testindən keçməsi barədə qərardad çıxarıb. Ekspertizanın keçirilməsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Biologiya şöbəsinə həvalə olunub. 2025-ci il aprelin 11-i, saat 11-ə təyin olunan ekspertizaya Fidan Abbasova və övladı gediblər. Orxan İsmayılzadə isə ekspertizaya gəlməyib.
Orxan İsmayılzadə bundan öncə də dəfələrlə ayrı-ayrı məhkəmələrin təyin etdiyi ekspertizada iştirak etməkdən yayınıb. Sabunçu və Xətai rayon məhkəmələrində iş üzrə proseslər keçirilərkən hakimlər obyektiv qərarın verilməsi üçün ekspertiza keçirilməsi barədə qərar vermişdilər. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad çıxarmışdı. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası (MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin o zaman da Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana getməmişdi.
Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirib ki, qarşı tərəfdən atılan addımlar məhkəmənin uzadılmasına xidmət edir: “Artıq 7-ci dəfədir ki, Orxan İsmayılzadə ekspertizanın işində iştirak etməkdən yayınır. Sonuncu məhkəmə prosesində də işə 3 yeni vəkil qoşuldu. İddia edirlər ki, guya ekspertizanın keçirilməsi barədə məlumatlı olmayıblar deyə iştirak etməyiblər. Əslində isə bütün hərəkətləri məhkəmənin süni şəkildə uzadılmasına xidmət edir”.
Fidan Abbasova ölkə rəhbərliyinə müraciət edərək baş verənlərə reaksiya verilməsini xahiş edib: “Mənim qızımın haqqının bərpa olunmasını tələb edirəm. Qarşı tərəfin pulu, əlaqələri var deyə mənim övladımın haqqı tapdanmamalıdır. Məhkəmələrin bu şəkildə uzadılmasından artıq bezmişəm. Ölkə rəhbərliyindən israrla xahiş edrəm ki, qızım Nilin hüquqlarının pozulmasına, övladımın hüquqlarına tez bir zamanda çatmasına dəstək versin. Mən övladımın hüquqlarının bərpa olunması üçün ən kəskin addımlardan çəkinməyəcəyəm. Özümü məhkəmənin qabağında yandırmalı olsam belə, qızımın haqqını bərpa edəcək, ata adını verəcəklər. Var-dövlətlərini istəmirəm, qızımın haqqını bərpa etsinlər!”
Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ayrı-ayrı məhkəmələrin çıxardığı qərardadlar əsasında təyin olunan ekspertizadan keçməkdən yayınmaqla əslində övladının atası olduğunu təsdiq etmiş olur: “Orxan İsmayılzadə mənim ona şər atdığımı deyir. Guya övladımın atasının olduğunu bildirməklə ona şər atıram. Bunun şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edib məhkəmələrə üz tutur. Məhkəmələr həqiqətin üzə çıxması üçün ekspertiza təyin edirlər. Çünki, bunu sübut etməyin tək yolu ekspertizadır və Orxan İsmayılzadə ekspertizada iştirak etməməklə Nilin atası olduğunu etiraf etmiş olur. Məsələ onun iddia etdiyi kimi olsaydı, ekspertizadan keçər, övladımın atası olub-olmamasına aydınlıq gətirilməsində iştirak edərdi. Mənim övladımın atası Orxan İsmayılzadədir”.
Fidan Abbasova Orxan İsmayılzadənin bu günə qədər təyin olunmuş ekspertizalarda iştirak etməməsinin protokollaşdırıldığını da deyib: “Qanuna görə ekspertizanın işində iştirak etməmək öz-özlüyündə onun nəticəsini qəbul etmək, nəticəsi ilə razılaşmaq anlamı daşıyır”.
Xatırladaq ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.
“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.
Fidan Abbasova deyib ki, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib: “Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar. Nəhayətdə mən toparlanıb məhkəməyə üz tutdum”.
Orxan İsmayılzadə məhkəmənin təyin etdiyi alimenti ödəmir deyə onun əmlakına və ölkədən çıxışına STOP qoyulub, barəsində axtarış elan olunub.
Bioloji qohumluğun təyini – Atalıq testi necə keçirilir?
Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.
Bəs atalıq testi necə aparılır?
Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır.

OXŞAR XƏBƏRLƏR

Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14