Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Sarayevoda Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
2023-04-13 , 13:40

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.
Yenilik.az xəbər verir ki, Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Hərbi orkestrin ifasında Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səslənib.
Dövlətimizin başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçə təqdim ediliblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.