XİN Almaniyaya başsağlığı verdi

“Almaniyanın Hamburq şəhərində Yehova Şahidləri kilsəsində baş verən dəhşətli atışma ilə bağlı xəbərlər bizi sarsıtdı və dərindən kədərləndirdi. Bu dəhşətli hücumda həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralılara şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Hamburqda atışma nəticəsində 7 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.