Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » XİN Almaniyaya başsağlığı verdi

XİN Almaniyaya başsağlığı verdi

XİN Almaniyaya başsağlığı verdi
2023-03-10 , 13:08

Azərbaycan Xarici İşlər Nazirliyi Almaniyanın Hamburq şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib.

Yenilik.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter hesabında paylaşım edilib.
“Almaniyanın Hamburq şəhərində Yehova Şahidləri kilsəsində baş verən dəhşətli atışma ilə bağlı xəbərlər bizi sarsıtdı və dərindən kədərləndirdi. Bu dəhşətli hücumda həlak olanların ailələrinə başsağlığı verir, bütün yaralılara şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Hamburqda atışma nəticəsində 7 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.