Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Şəbnəm Tovuzlu onu "dollar yağışı"na tutan narkotaciri TANIYIR? — AÇIQLAMA

Şəbnəm Tovuzlu onu "dollar yağışı"na tutan narkotaciri TANIYIR? — AÇIQLAMA

Şəbnəm Tovuzlu onu
2025-06-27 , 14:58

Müğənni Şəbnəm Tovuzlu Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində "dollar yağışı"na tutulub və sözügedən görüntülər gündəm olub. Lakin çox keçmədən məlum olub ki, Şəbnəm Tovuzunu "dollar yağışı"na tutan Ofeliya adlı şəxs və "Luka" ləqəbli oğlu narkotik alverçiləri imiş. Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.

 
Şəbnəm Tovuzlunun prodüseri Şahanə İsmayılova məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib.
 
O qeyd edib ki, həmin şəxslərin haqqında məlumatlı olmayıblar:
 
"Şəbnəm xanım ay ərzində onlarla belə toyda iştirak edir. "Pul yağışı"na da tuturlar, necə lazımdırsa, hörmət də edirlər. Toyuna getdiyimiz heç bir ailəni öncədən analizdən keçirmirik ki, görək bunlar hansı işlə məşğuldurlar?! Bu fikirlər Şəbnəm xanımın da fikirləridir, gecə bu barədə bir yerdə söhbət edirdik".
 
Qeyd edək ki, sözügedən mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə qızıl-zinət əşyaları da hədiyyə edilib.
 
Həmin görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.