Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Azərbaycan XİN Yunanıstana başsağlığı verdi

Azərbaycan XİN Yunanıstana başsağlığı verdi

Azərbaycan XİN Yunanıstana başsağlığı verdi
2023-03-01 , 16:02

Azərbaycan Xarici İşlər Nazirliyi Yunanıstana başsağlığı verib.

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan XİN “Twitter” hesabında məlumat yayıb.
Məlumatda bildirilir:
“Yunanıstanda Larisa yaxınlığında onlarla insanın həyatını itirməsi ilə nəticələnən dəhşətli dəmir yolu qəzasına görə dərindən kədərləndik.
Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk və yaralıların tezliklə sağalmasını diləyirik”.
Qeyd edək ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
66 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan altısı reanimasiyadadır.
Hadisə ilə bağlı ölkədə üç günlük matəm elan edilib.
Ölkədə kütləvi şənliklər və əyləncə proqramlarının bir hissəsi də ləğv ediləcək.


 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.