Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
2023-03-03 , 19:16

Prezident İlham Əliyev Yunanıstan Prezidenti Katerina Sakellaropuluya başsağlığı verib.

Yenilik.az xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli xanım Prezident,
Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.