"Oqtay sükan arxasında huşunu itirib"

"Dedilər ürəyindən əməliyyat olunub. Yox, yalandır. Sükan arxasında huşunu itirib, onunla da idarəetməni itirib. Onun nədən olduğu bilinmir. Bilinmir infarkt olub, yoxsa damar tıxanıqlığıdır. Hazırda analizlər aparılır".
Verilişdə qonaq olan xalq artisti Mübariz Tağıyevin "Deyirlər, yuxu aparıb" sözlərinə rejissor "Yuxu olsaydı, onu səsləyiblər, çağırıblar, oyanmayıb, oyanardı. Dilarə dedi ki, çağırdıq, amma huşu getmişdi. Düzgün cavabı həkimlər açıqlayacaqlar" cavabını verib.
Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. Dilarə Əliyeva xəsarət almayıb, Mehriban Zəki isə hazırda xəstəxanada müalicə alır.