Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Oqtay sükan arxasında huşunu itirib"

"Oqtay sükan arxasında huşunu itirib"

2023-03-27 , 11:47

"Soy prodakşın"ın rəhbərlərindən olan Səyavuş Hüseynli bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümündən danışıb.

Yenilik.az xəbər verir ki, "Səhər mərkəzi" verilişində qonaq olan S.Hüseynli onun ürək əməliyyatı olunması məlumatlarını yalanlayıb:
"Dedilər ürəyindən əməliyyat olunub. Yox, yalandır. Sükan arxasında huşunu itirib, onunla da idarəetməni itirib. Onun nədən olduğu bilinmir. Bilinmir infarkt olub, yoxsa damar tıxanıqlığıdır. Hazırda analizlər aparılır".
Verilişdə qonaq olan xalq artisti Mübariz Tağıyevin "Deyirlər, yuxu aparıb" sözlərinə rejissor "Yuxu olsaydı, onu səsləyiblər, çağırıblar, oyanmayıb, oyanardı. Dilarə dedi ki, çağırdıq, amma huşu getmişdi. Düzgün cavabı həkimlər açıqlayacaqlar" cavabını verib.
Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. Dilarə Əliyeva xəsarət almayıb, Mehriban Zəki isə hazırda xəstəxanada müalicə alır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.