Oqtay Əliyev öldüyü gün içinə köçə bilmədiyi villasına gedirmiş

22 mart 2023-cü ildə Saray qəsəbəsi yaxınlığında "Lexus" markalı maşının qəzaya düşməsi nəticəsində avtomobili idarə edən əməkdar mədəniyyət işçisi, "Soy" prodakşnın rəhbəri, rejissor Oqtay Əliyevin faciəvi şəkildə həlak olması ölkədə şok effekti yaradan növbəti hadisə oldu.
Qeyd edək ki, Oqtay Əliyevin xanımı, əməkdar artist Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki müxtəlif dərəcəli xəsarətlərlə həmin qəzadan sağ çıxıblar.