Yenilik.Az
www.Yenilik.Az » Dünya » Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir
2025-07-07 , 12:20

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.
"Report"un məlumatına görə, prezident "Truth Social" platformasında Maskın "Amerika" partiyasını yaratmaq planlarını şərh edib.
"İlon Maskın son beş həftə ərzində tamamilə ağlını itirərək gəzən fəlakətə çevrilməsini müşahidə etmək məni kədərləndirir", - o bildirib.
Tramp qeyd edib ki, ABŞ-da üçüncü siyasi partiya heç vaxt uğur qazanmayıb, lakin bu fakta baxmayaraq, Maskı bu addımı atmaq istəyir: "Sistem bunun üçün nəzərdə tutulmayıb. Belə siyasi qüvvələr nifaq və xaos yaradır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.