Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İlon Mask partiya yaradır - Adı açıqlandı

İlon Mask partiya yaradır - Adı açıqlandı

İlon Mask partiya yaradır - Adı açıqlandı
2025-06-07 , 14:11

Amerikalı sahibkar İlon Maskın “X” hesabında yaratmaq istədiyi siyasi partiyaya ad seçimi üçün keçirdiyi sorğuda “Amerika” adına üstünlük verilib.

 
80 faiz respondent bu ada üstünlük verib. Prosesdə iştirak edən 5,6 milyon nəfərin 20 faizi isə bu variantı dəstəkləməyib.
 
İlon Mask “X” hesabında kriptovalyuta ticarəti ilə məşğul olan Mario Naufalın sorğu barədə fikirlərini də paylaşıb.
 
Belə ki, M. Naufal 80 faiz repondenti ikipartiyalı sistemdən yorulduğunu yazıb.
 
M. Naufal, həmçinin yazıb ki, 43 faiz amerikalı hər iki partiyanı rədd edir, 56 faiz sorğu iştirakçısının isə İ. Mask barəsindəki fikirləri müsbətdir.
 
Onların arasında 72 faiz respublikaçı, 34 faiz demokrat respondent yer alıb.
 
Qeyd edək ki, İlon Mask ölkədə yeni siyasi partiyanın yaranmasına ehtiyac olduğunu açıqlayıb.
 
APA

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.