Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib

“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib
2025-03-07 , 23:58

“Nar” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər üçün xüsusi bir tədbir təşkil edib.

Yenilik.az xəbər verir ki, media nümayəndələri üçün təşkil olunan gil sənətkarlığı master-klassında iştirakçılar öz baxışlarını sənətə çevirməklə fərqli sənət əsərləri hazırlayıblar.
Tədbirin məqsədi jurnalistlər üçün yaradıcı bir mühit yaratmaq, onları gündəlik iş rejimindən ayıraraq sənətin və incəsənətin ilhamverici gücündən faydalanmalarına şərait yaratmaq olub. “Nar” bu təşəbbüslə media nümayəndələrinin yaradıcı potensialını dəstəkləməklə yanaşı, eyni zamanda onların bu xüsusi gününü özünəməxsus bir tərzdə təbrik edib.
“Nar” hər zaman medianın inkişafına töhfə verməyə, jurnalistlərin peşəkar fəaliyyətini dəstəkləməyə önəm verir və bu istiqamətdə müxtəlif təşəbbüsləri davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.