Trampı SSRİ KQB-sinin toruna birinci arvadı salıb? - Natiq Cəfərlinin şərhi
Son günlər sosial şəbəkələrdə və mediada ABŞ prezidenti Donald Trampın KQB agenti olması haqqında ehtimallar artıb.SAVASHMEDİA.az xəbər verir ki, Trampın SSRİ təhlükəsizlik xidməti ilə əməkdaşlığa birinci həyat yoldaşı tərəfindən cəlb edildiyi bildirilir. Bu iddialar nə dərəcədə doğrudur? ReAL partiyasının rəhbəri, tanınmış iqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı məqalə yazıb. Onun fikirlərini təqdim edirik. Beləliklə... *** Ukrayna mediasında, sosial şəbəklərində Trampın “KQB” agenti olması bağlı “həqiqətlər” hələ də ciddi müzakirə olunur. Ukrayna publik məkanının ən içi boş adamlarından biri Feygin, özü də Rusiyada oliqarxlarla sıx əlaqədə olub sonradan Rusiyadan qaçan adam, öz efirinə indi Fransada yaşayan, əvvəllər “KQB”-də işləyən Sergey Jirnov adlı birini çıxardıb. Hər ikisi ağıllı sifət alaraq Trampın “KQB” agenti ehtimallarından danışırlar. Jirnov bütün ehtimallarını Trampın ilk həyat yoldaşı, 1949-cu ildə o zamankı adı ilə Çexoslovakiyada doğulan İvana Zelniçkovaya (Tpamp) bağlayır – yəni, Donald Tramp 1977-ci ildə keçmiş Çexoslovakiya vətəndaşı ilə evlənibsə, deməli, “KQB” agenti olması ehtimalı var. Hətta, güya, SSRİ “KQB”-si İvanaya tapşırıq verib ki, Trampla evlənsin. Tramp birinci həyat yoldaşı İvana ilə Absurddur, deyim niyə: İvana Zelniçkova model olub, 1971-ci ildə Avstriya vətəndaşı, xizək sürmə instruktoru, yəhudi əsilli Alfred Vinklmayrla evlənir, əvvəl ABŞ-a gəlir, 2 il sonra onlar boşanırlar və İvana Kanadaya köçür. Orada 4 il yaşayandan sonra 1976-ci ildə İvana ABŞ-a geri dönür və Donald Trampla tanış olur, onlar 1977-ci ildə evlənirlər. Donald və İvana 1992-ci ildə boşanırlar – yəni, Jirnovun iddiası o qədər bəsitdir ki, insan ancaq gülə bilər. Deməli “KQB” uzun illər İvananı Tramp üçün hazırlayıb, sonra Donald tanınmağa başlayanda da boşatdırıbmış. Bir daha – 18 xüsusi xidmət orqanı olan ABŞ kimi bir dövlətin başçısına “KQB” agenti demək qədər absurd heç nə ola bilməz. Yeri gəlmişkən, İvana, Donald Trampdan sonra da iki dəfə ailə qurub. Gələk digər miflərə - Avropa və ABŞ-ın Demokratlara bağlı mediası yazır ki, Trampən “sağı-solu” bəlli deyil, gündə bir söz danışır, tez-tez fikrini dəyişir, etdikləri isə qəbuledilməzdir. Tamamən yalandır – Tramp hətta seçkidən öncə bu gün etdiklərinin anonsunu verib, tam tərsinə, demədiyi heç nə etməyib. Hələ 2024-cü ilin əvvəlində bəyan etmişdi ki, müharibəni bitirmək üçün Ukraynaya da, Rusiyaya da basqı quracaq – Kiyev razı olmasa hərbi və maddi yardımı kəsəcək, Moskva razılaşmasa Rusiyaya qarşı ən sərt sanksiyalar qoyub, paralel olaraq Ukraynaya ən müasir silahlar verəcək. Yəni, “ikili şantaj” strategiyasıni 1,5 il öncə elan etmişdi. Sadəcə, Zelenski və komandası Avropalıların oynuna gələrək, onları masaya qaytarmaq üçün ilk hədəf oldular, Moskva isə tülkü kimi davranıb Trampın təkliflərini geri çevirmədi. İvana Zelniçkovaya Seçkidən öncə də dəfələrlə Kanada, Meksika, AB ölkələri və Çinə qarşı tarif artırmaq siyasətini yürüdəcəyini demişdi, indi də edir. Seçkidən öncə Avropaya, “NATO-ya çox pul ayırın, biz sizi 80 il havayı qoruduq, daha etməyəcəyik”, demişdi, indi də onu edir. Yaxşı, Avropanı, dünyanən bir hissəsini şoka salan nədir – onu da deyim: hamı nədənsə belə düşünürdü ki, ABŞ-ın borcu dünyada demokratiyanı, və ya demokratiya adı altında maraqların sırınmasını qorumaqdır. Bizdə də belə idi – “ABŞ siyasi məhbus məsələsini həll etməlidir”, və ya “ABŞ demokratiya məsələsində kömək etməlidir”, heç kim də sual vermir ki, niyə bunu etməlidir ki?! Nədən ÖZ maraqlarını yox, başqalarının maraqlarını qorumalıdır ki?! Əgər, məsələn, Azərbaycan xalqı demokratiya uğrunda heç nə etmək istəmirsə, siyasi məhbus salıyan insanları qorumaq üçün addım atmırsa, niyə bunu ABŞ etməlidir ki?! Əgər AB ölkələri özlərini qorumaq üçün əlini cibinə atıb pul xərcləmirdirlərsə, 80 il ABŞ “çətiri” altında rahat oturub öz xalqlarının rifahı ABŞ-ın müdafiə xərcləri hesabına artırırdılarsa, niyə indi ABŞ onları qorumalıdır ki?! Hə, birdən deyərsiz ümumi dəyərlər var, ona görə - bu da mifdir, Avropanın maraqları HƏMİŞƏ dəyərlərindən üstün olub, “pandemiya” sürəcində isə insan haqlarını necə zövqlə tapdaladıqları görmüşdük. Vens də Münhendə açıq dedi ki, bizim dəyərlərimiz artıq fərqlənir, siz Rumıniyada xalqın səsi ilə qalib gələn insanı 9 hakimin qərarı ilə hakimiyyətə buraxmırsınızsa, deməli demokratiyaya da inanmırsınız, sizin öz maraqlarınız dəyərlərinizi yeyib-bitirib. Əgər hamı ÖZ maraqları dalınca qaşırsa, ABŞ nədən bunu etməməlidir ki?! Sonda bir daha deyim – dünyada son dövrlərdə ilk dəfədir ki, mübarizə ideoloji müstəviyə keçib, 1991-ci ildən bəri ilk dəfə belə “cəbhələşmə” baş verir. Avropa ölkələri öz dəyərlərinə, insan haqlarına geri dönməsələr, ABŞ-la olan rəqabətə davam gətirməyib parçalanacaqlar, yəni, AB-nin ayaqda qalması üçün təməl prinsiplərə geri dönməlidir. Belə...
OXŞAR XƏBƏRLƏR

“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55