Yenilik.Az
www.Yenilik.Az » Hadisə » Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Mehriban Zəki xəsarət alıb

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Mehriban Zəki xəsarət alıb

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Mehriban Zəki xəsarət alıb
2023-03-22 , 19:08

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

“Report”un məlumata görə, hadisə Abşeron rayonu ərazisində baş verib.
Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.
Hadisə nəticəsində avtomobildə olan xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.





Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.