Türkiyəli atletlər İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdilər

Türkiyəli atletlər İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdilər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr edən türkiyəli atletləri təbrik etmişdilər.
İTV-yə danışan ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və çempionatın gümüş medalının sahibi Qamze Altun Azərbaycanın dövlət başçısına və Birinci vitse-prezidentinə təşəkkürlərini çatdırıblar:
“Buradan bizə təbriklərini çatdıran dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya çox təşəkkür edirik.
Biz medallarımızı Azərbaycana qarşı burada sərgilənən pis davranış - bayrağın yandırılması - səbəbindən azərbaycanlı qardaşlarımıza ərməğan etdik. Sizi çox sevirik və hər zaman yanınızdayıq”.
Qeyd edək ki, İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançılar 45 kq-da fəxri kürsüdə Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanıb. Onlar bu qələbəni Azərbaycan idmançılarına həsr etdiklərini açıqlayıblar.








Geri qayıt