Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Türkiyəli atletlər İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdilər

Türkiyəli atletlər İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdilər

Türkiyəli atletlər İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdilər
2023-04-17 , 14:08

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr edən türkiyəli atletləri təbrik etmişdilər.

İTV-yə danışan ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və çempionatın gümüş medalının sahibi Qamze Altun Azərbaycanın dövlət başçısına və Birinci vitse-prezidentinə təşəkkürlərini çatdırıblar:
“Buradan bizə təbriklərini çatdıran dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya çox təşəkkür edirik.
Biz medallarımızı Azərbaycana qarşı burada sərgilənən pis davranış - bayrağın yandırılması - səbəbindən azərbaycanlı qardaşlarımıza ərməğan etdik. Sizi çox sevirik və hər zaman yanınızdayıq”.
Qeyd edək ki, İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançılar 45 kq-da fəxri kürsüdə Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanıb. Onlar bu qələbəni Azərbaycan idmançılarına həsr etdiklərini açıqlayıblar.







Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.