Xoşqədəm Hidayətqızı - "Əsəbdən dayana bilmirəm"

"Mən şokdayam, bu uşağın valideynlerinin yeridə olmaq istəməzdim. Bu adam kimdir, bu cür uşaq öyrədirlər? Körpəylə davranışı gördükdən sonra uşaqlarımı idmana qoymamaq qərarı verdim və əsəbdən dayana bilmirəm. İdman zallarında çalışan bütün məşqçilərin psixoloji durumları yoxlanılmalı və mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər! Valideynlər uşaqlarını məşqçi yanına göndərərkən həmin şəxsin sağlıq durumuyla bağlı sənədlərlə tanış olmalıdırlar. Bir onu bilirəm ki, artıq uşaqlarımı idmana qoymamaq qərarını aldım!", deyə, o, paylaşımında yazıb.