Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xoşqədəm Hidayətqızı - "Əsəbdən dayana bilmirəm"

Xoşqədəm Hidayətqızı - "Əsəbdən dayana bilmirəm"

Xoşqədəm Hidayətqızı -
2023-05-02 , 12:55

Aprelin 29-da Sumqayıtda azyaşlı oğlan idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib. 2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb.

Yenilik.az xəbər verir ki, hadisənin təsadüf nəticəsində baş verdiyi deyilsə də, daha sonra sosial şəbəkələrdə məşqdən görüntülər yayılıb. Aparıcı Xoşqədəm Hidayətqızı videoya münasibət bildirib.
"Mən şokdayam, bu uşağın valideynlerinin yeridə olmaq istəməzdim. Bu adam kimdir, bu cür uşaq öyrədirlər? Körpəylə davranışı gördükdən sonra uşaqlarımı idmana qoymamaq qərarı verdim və əsəbdən dayana bilmirəm. İdman zallarında çalışan bütün məşqçilərin psixoloji durumları yoxlanılmalı və mütəmadi olaraq tibbi müayinədən keçməlidirlər! Valideynlər uşaqlarını məşqçi yanına göndərərkən həmin şəxsin sağlıq durumuyla bağlı sənədlərlə tanış olmalıdırlar. Bir onu bilirəm ki, artıq uşaqlarımı idmana qoymamaq qərarını aldım!", deyə, o, paylaşımında yazıb.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.